Bağçalı, Bağçaəli — Azərbaycan Respublikasının Quba rayonunun Rustov kənd inzibati ərazi dairəsində kənd. Bağçaəli kəndində bir təhsil ocağı, bir kitabxana və bir mədəniyyət evi vardır. Kənd meşələr və dağlarla əhatə olunub.
Toponimikası Bağçalı oyk., düz. Keçmiş adı Bağçalı Qışlaq olmuşdur. Kəndin ərazisi Rustov kəndinin keçmiş məhəllələrindən biridir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsinin əsl adı Bağça Əlidir. XIX əsrin əvvəllərində İsmayıllı r-nunun Lahıc kəndindən gəlmiş Əli adlı şəxsin ailəsinin orada məskunlaşması əsasında yaranmışdır. Lakin aparılan araşdırmalar Bağçalı toponiminin etnotoponim olduğunu söyləyir. 1933-cü ildə r-nun Talabı i.ə.v.-də Bağçaqaraxan, 1917-ci ildə Nuxa qəzasının Qaxmux bölgəsində Bağçalı kəndləri qeydə alınmışdır. Mənbələrdə bu oykonimin Baxşalı variantı da nəzərə çarpır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 656 nəfər əhali yaşayır. Əhalisi tatlardır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Quba rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
Kateqoriya:Quba rayonunun kəndləri