Qəbulzadələr — Azərbaycan xalqının tanınmış soylarından biridir.

Soyun yaranması Qəbulzadələrin əsli Şirvandandır. Onlar Şirvan (Şamaxı) xanının sarayına daxil olan, yazıb-oxumağı bilən kübar nəsildir. Sarayda onlar xanın qəbul məsələlərinə baxıblar. Nəsil haqqında yazıda deyilir: “Şirvandan – Qobustandan gəlibdir Qaxa Şeyx Bünyadın oğlu Məhəmməd. Onun oğludur Pirməhəmməd. Onun oğludur Molla Qabil. Onun oğludur Molla Xəlil. Onun oğlanları: Qabil, Hacı, Musa”

Soyun tanınmış nümayəndələri

Baba bəy Qəbulzadə — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Abdulla Qəbulzadə — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. İslam bəy Qəbulzadə — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Həmzət bəy Qəbulov-Şirvanski — publisist. Mustafa bəy Qabulov — Bakı şəhərinin pоlismеystri. Xalidə Hasilova — Azərbaycanın yazıçısı, Azərbaycan Əməkdar Mədəniyyət İşçisi.

Mənbə

Həmçinin bax