Antrofitlər — insanın düşünülməmiş və ya şüurlu olaraq təsiri ilə fitosenozlarda və ya aqrosenozlarda tez-tez rast gəlinən antropofil bitkilər, həm də insan tərəfindən becərilən bitkilər daxildirMəmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s..
Antrofitlərin növləri 1) bu və ya digər dərəcədə insan tərəfindən pozulmuş (otarma biçin, ağacların kəsilməsi nəticəsində) fitosenozlarda və aqrosenozlarda inkişaf edən yerli alaq otları; 2) insan tərəfindən təbii bitki örtüyünün məhv edildiyi yerdə, məs. herikdə və zibillikdə qısa müddətli prosenozlar yaradan yerli ruderal növlər (rudefitlər); 3) yerli becərilən bitki növləri; 4) pozulmuş fitosenozlara insanın kənardan gətirib düşünmədən daxil edildiyi növlər; 5) Kənardan gətirilib aqrosenoz kimi becərilən (introduksiya edilən) növlər (aqrofitlər); 6) yabanılaşmış mədəni bitkilər (erqaziofitlər); 7) iqlimləşdirməyə uyğunlaşmayan kənar növlər (efemerofitlər) aiddir.
İstinadlar
Kateqoriya:Bitkilər