Harri Potter və Sirlər Otağı () — 2002-ci ildə "Warner Bros. Pictures"in distribütorluğu, Kris Kolumbusun rejissorluğu ilə istehsal edilmiş fentezi filmi. Film, Coan Roulinqin eyniadlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasından ikinci film olan "Sirlər Otağı"nın ssenari müəllifi Stiv Klovz, prodüseri isə Devid Heymandır.
Filmdə Harri Potterin Hoqvartsda keçirdiyi ikinci il, Salazar Slizerinin varisinin Sirlər otağının qapısını açmasından sonra qorxunc bədheybətin ortaya çıxması təsvir edilir. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint və Emma Uatson isə müvafiq olaraq Ron Uizli və Hermiona Qreyncer obrazlarını canlandırmışlar. "Harri Potter və Fəlsəfə Daşı" filminin davamı olan "Sirlər Otağı" filmindəki hadisələr "Harri Potter və Azkaban Məhbusu" filmində davam etdirilmişdir.
Film 15 noyabr 2002-ci ildə Birləşmiş Krallıq və Şimali Amerikada çıxarılmışdır. Tənqidçilər tərəfindən çox yaxşı qarşılanmış film, böyük maddi oğur da qazanaraq bütün dünyadan $879 milyon gəlir əldə etmiş, bütün zamanların ən çox gəlir gətirmiş filmləri sırasında 34-cü yerdə qərarlaşmış, Harri Potter filmlər seriyasında isə yeddinci ən çox gəlir gətirmiş film olmuşdur. Film, 2003-cü ildə BAFTA Film Mükafatına namizəd göstərilmişdir.
Məzmunu
Film Harrinin, yeganə qohumları olan Durslilərin evində daha bir darıxdırıcı yay keçirməsi ilə başlayır. Harrinin xalası və xalasının əri tərəfindən verilən nahar zamanı ev-elfi olan Dobbi Harrinin yataq otağına girir və xəbərdarlıq edir ki, əgər Harri Hoqvartsa qayıtsa çox pis hadisələr baş verəcək. Harri buna etiraz edir və Dobbi mətbəxə keçərək Durslilərin mətbəxində səliqəsizlik yaradır, nəticədə Harri otağında həbs edilir. Harri, Ron, onun qardaşları Fred və Corc tərəfindən uçan maşının köməkliyi ilə Durslilərin evindən qaçırılaraq yay tətilinin qalan hissəsini Uzililərlə birgə keçirir. Məktəb ləvazimatlarını almaq üçün Çəp xiyabana gedərkən, Harri təsadüfən xiyabanın Qara magiya ilə bağlı ləvazimatlar satılan hissəsinə gedib çıxır, burada Malfoy ailəsinin Qara magiya ilə bağlı əşyaları evində saxladığını öyrənir. Daha sonra Harri Haqrid tərəfindən tapılaraq Çəp xiyabana aparılır.
Uizlilərlə birlikdə tədris üçün lazım olan kitabları almaq üçün dükana girərkən onlar məşhur sehrbaz Zlatapust Lokansın kitab imzaladığını və ətrafına çoxlu adamın toplaşdığını görürlər. Lokans təntənəli şəkildə bu il Hoqvarsda Qara Qüvvələrdən Müdafiə fənnini tədris edəcəyini bildirir və özünü reklam etməyə olan sevgisini göstərərk, Harri ilə şəkil çəkdirir. Bir müddət sonra vağzalda Uzililər Harri və Rondan ayrılırlar. Uşaqlar Platforma 9 ¾-ə keçə bilmirlər və Uzlilərin uçan maşını ilə Hoqvartsa getmək qərarına gəlirlər. Uçuşun sonuna yaxın Ron maşına nəzarəti itirir və uşaqlar Hoqvarts yaxınlığında ağaca çırpılırlar, ağac da bu zərbəyə cavab olaraq maşını vurur. Ron və Harri qaçaraq ağacdan canlarını qurtara bilsələr də, Ronun sehrli çubuğu sınır. Növbəti gün Ron anası Molli Uizlidən hədələyici məktub alır və anası növbəti dəfə yanlış hərəkət edəcəyi halda Ronu məktəbdən uzaqlaşdıracağı ilə hədələyir.
Məlum olur ki, Lokans heç də qeyd edildiyi kimi yaxşı sehrbaz deyil və o, uşaqlara sehr tədris etməkdən daha çox öz məşhurluğunun qayğısına qalır. Hellovin bayramı zamanı məktəbin xidmətçisi Fliçin pişiyi Mrs. Norris daşlaşmış şəkildə tapılır. Divarda isə yazılır: "Sirlər otağı açılıb, varisin düşmənləri, çəkinin". Harri, Ron və Hermiona müəyyənləşdirirlər ki, Hoqvartsın banilərindən biri olan məşhur sehrbaz Salazar Slizerin qəsrdə gizli otaq inşa edib və bu otaqda Slizerinin varisinin idarə edə bildiyi bədheybət yaşayır.
Qviddiç oyunu zamanı Harrinin qolu qırılır, lakin o, sniçi tutur və Qriffindor qalib gəlir. Lokans Harrinin sınmış sümüyünü düzəltmək istəsə də, səhv sehr oxuduğundan sümükləri tamamilə ləğv edir. Sümüklərin yenidən yetişdirilməsi üçün bir gün Harrinin xəstəxanada yatması lazım olur və bu zaman Dobbi yenidən Harrinin yanına gəlir. Qviddiç oyunu zamanı baş verən qəribə hadisə nəticəsində Harrinin qolunun sınmasında özünün günahkar olduğunu bildirir və Harrini qorumaq istədiyini söyləyir. Qısa zaman sonra qəsrdə daha bir hücum olur və Kolin Krivi daşlaşır.
Lokansın duel klubunda Harri Drako ilə qarşılaşır, ikinci Harriyə hücum etməsi üçün ilan yaradır və ilan tələbələrdən biri olan Castin Finç-Flitçliyə hücum etməyə çalışır. İlanı dayandırmağa çalışan Harri özü də bilmədən ilan dilində danışmağa çalışır. Harrinin gizli bacarığının – Salazar Slizerin də ilan dilində danışa bilirdi – üzə çıxması hamını təəccübləndirir, insanlar Harrinin Slizerinin varisi ola biləcəyini düşünürlər. Bir müddət sonra Castin Finç-Flitçli və Demək olar ki, başsız Nikin daşlaşmış cəsədlərini tapırlar.
Bir neçə ay sonra Harri Mirtlın tualetində gündəlik tapır. Gündəliyin üstündə onun "Tom Ridl" adlı birinə aid olması yazılıb. Uşaqlar Tom Ridlın 50 il əvvəl Hoqvartsda təhsil aldığı, Sirlər otağını açan adamı aşkarladığına görə mükafatlandırıldığını və həmin dövrdə Haqridin məktəbdən uzaqlaşdırıldığını müəyyən edirlər. Bir müddət sonra Harrinin otağında oğurluq baş verir və gündəlik yoxa çıxır. Bundan sonra Hermiona və Ravenklav fakültəsindən Penelopa Klirvoter daşlaşmış şəkildə tapılırlar. Harri və Ron nəhayət ki, hər şeyi Haqriddən soruşmaq qərarına gəlsələr də, Sirlər otağının yenidən açılması səbəbiylə Sehr Nazirliyi Haqridi həbs edərk Azkabana aparır. Haqrid getməmişdən əvvəl uşaqlara gizli mesaj ötürərək hörümçəkləri izləmələrini söyləyir. Uşaqlar Haqridin sözünə əməl edərək hörümçəkləri izləyir və Qadağan olunmuş meşəyə gedirlər. Burada onlar nəhəng hörümçək olan Araqoqla qarşılaşırlar. Araqoq onlara əlli il əvvəl uşaqları kimin öldürdüyünü söyləyir, Haqridin günahsız olduğunu və qatilin tualetdə gizləndiyini deyir. Uşaqlar nəhəng hörümçəklərin koloniyasından qaçırlar. Harri həm də dəqiqləşdirir ki, əlli il əvvəl Sirlər otağı açılarkən öldürülən tələbə Zırıltılı Mirtl olub.
Harri və Ron daşlaşmış Hermionanın əlində sıxdığı kağızdan öyrənirlər ki, uşaqlara hücum edən bədheybət Vasilisk adlı nəhəng ilandır, kim onun gözlərinə baxsa ölür, kim onu uzaqdan görsə daşlaşır. Onlar müəyyən edirlər ki, Sirlər otağının qapısı Mirtlın tualetində yerləşir və Harri ilan dilində danışaraq qapını açır. Harri və Ron Hoqvartsdan qaçmağa çalışan Lokansla birlikdə Sirlər otağına daxil olurlar. Lokans Ronun sehrli çubuğunu oğurlayaraq uşaqlara yaddaş silmə tilsimi oxumağa çalışır, lakin tilsim onun özünü tutur. Harri mağaraya tək girməli olur.
Sirlər otağının içində Harri Cinni Uizlinin cansız bədənini tapır və onun enerjisi ilə qidalanaraq fiziki görünüş əldə edən Tom Ridlla qarşılaşır. Ridlın Cinnini aldadaraq ondan istifadə etməsi, Cinninin gündəlikdə yazaraq Ridlla əlaqə saxlaması aydın olur. Daha sonra Ridlın əmri ilə Cinni Sirlər otağına girir. Ridl söyləyir ki, onun adı "Tom Riddle" "I am Lord Voldemort" (Mən Lord Voldemortam) ifadəsinin anaqramıdır.
Ridl daha sonra Vasiliski çağıraraq Harriyə hücum etməsini əmr edir. Harrinin bədheybət tərəfindən öldürülməsi üçün heç bir maneə qalmadığı halda Dambldordan kömək gəlir, onun simurq quşu və seçici papaq Harriniyə kömək etməyə çalışır. Simurq Vasiliskin gözlərini çıxardır. Papağın içində peyda olan Qriffindorun qılıncı isə Harriyə Vasiliski öldürməyə kömək edir. Daha sonra Harri Vasilskin dişini gündəliyin ortasına sancır və Cinnini xilas edir. Daha sonra simurq quşunun köməkliyi ilə Harri, Ron, Cinni və Lokans Sirlər otağından çıxırlar. Gündəliyi Cinninin kitablarının arasına Lusius Malfoyun (Drako Malfoyun atası) qoyduğu məlum olur. Harri gündəliyin arasına corab qoyaraq onu Malfoya verir, o isə öz növbəsində Dobbiyə ötürür, beləcə Dobbi azad olur. Yaddaşını itirmiş Lokans müəlicə olunmaq üçün Hoqvartsdan uzaqlaşdırılır. Bütün bunlardan sonra yay tətilini keçirmək üçün Harri yenidən maqlların yanına qayıdır.
Rollarda Deniel Redkliff – Harri Potter. Rupert Qrint – Ron Uizli, Harrinin ən yaxın dostu Emma Uotson – Hermiona Qreyncer, Harrinin digər ən yaxın dostu, üçlüyün ən ağıllısı. Kennet Brana – Gilderoy Lokart, Hoqvartsın yeni Qara Qüvvələrdən Müdafiə müəllimi. Əvvəlcə bu rol üçün Hyu Qrant seçilsə də, çəkiliş cədvəli tərtib olunduğu zaman uyğun olmadığına görə rolu canlandırmaqdan imtina etmişdir. 25 oktyabr 2001-ci ildə Brananı Qrantın yerinə obrazı canlandıracağı elan edilmişdi. Con Kliz – Demək olar başsız Nik, Qriffindor fakültəsinin ruhu. Robbi Koltreyn – Rubeus Haqrid, Hoqvartsın açarsaxlayanı. Kristian Koulson – Tom Reddl, Hoqvartsın tələbəsi, sonradan Lord Voldemort kimi tanınıb. Varvik Devis – Filius Flitvik, Ravenklav fakültəsinin dekanı. Riçard Qriffit – Vernon Dursli, Harrinin maql xalasının əri. Riçard Harris – Albus Dambldor, Hoqvartsın rəhbəri və yaşayan ən böyük sehrbazlardan biri. Filmin çıxarılmasından qısa müddət sonra aktyor Riçard Harris vəfat etmişdi. Tom Felton – Drako Malfoy, Hoqvarts tələbəsi, Harrinin rəqibi. Ceyson Ayzek – Lüsius Malfoy, Drakonun atası, sehrbaz. Alan Rikman – Severus Sneyp, Sehrli zəhərlərin hazırlanması müəllifi, Slizerin fakültəsinin dekanı. Fiona Şou – Petunya Dursli, Harrinin maql xalası. Meggi Smit – Minevra MakQonoqal, Transfiqurasiya müəllimi, Qriffindor fakültəsinin dekanı. Culi Volters – Molli Uizli, Uzililər ailəsinin ailəsi. Robert Hardi – Kornelius Fac, Magiya Naziri. Henderson Şirli – Ağlağan Mirtl, Hoqvartsın tələbəsi, Basillisk tərəfindən öldürüldükdən sonra ruhu qəsrdə yaşayır. Bonni Rayt – Cinni Uizli, Artur və Molli Uizlilərin qızı, Ronun bacısı. Martin Beyfild – Gənc Rubeus Haqrid.
İstehsal
Dekorasiya thumb|Filmdə istifadə olunmuş uçan Ford Anglia avtomobili. Birinci filmdə quruluşçu-rəssam olmuş Stüart Kreyq bu filmdə də eyni vəzifəni icra etmiş, lakin o, dekorasiyaya birinci filmdə olmayan bəzi əlavələr də etmişdir. Bu əlavələrə oyuq, Dambldorun otağı (Seçici şlyapa, Qriffindorun qılıncı və Dambldorun lövhəsi saxlanılır), şəhər və Berks, həmçinin Sirlər otağı daxildir. Cənab Uizlinin maşını Ford Anglia avtomobili əsasında hazırlanmışdır.
Çəkilişlər "Harri Potter və Sirlər Otağı"nın istehsalına 19 noyabr 2001-ci ildə, "Fəlsəfə Daşı" filminin çıxarılmasından üç gün sonra başlanılmışdır. İlk üç həftə ikinci blok səhnələri, xüsusilə uçan maşın səhnələrinin xüsusi effektləri ilə məşğul olmuşlar. Sonra çəkilişlər Surrey, İngiltərədə aparılmış, burada Durslilərin evi səhnələri çəkilmişdir. Sonra çəkilişlər Men adasında və Britaniyanın müxtəlif yerlərində davam etdirilmişdir; bəzi Hoqvarts səhnələri "Leavesden Film Studiyaları"nda çəkilmişdir. Kinqs Kross dəmiryol stansiyası Platforma 9¾ səhnəsi də daxil olmaqla digər səhnələr də İngiltərə ərazisində çəkilşmişdir. Məşhur Qloster kafedralının binası Hoqvart məktəbi səhnələrinin çəkilməsi üçün istifadə edilmişdir.'Harry Potter Filming Locations' at Gloucestershire on Screen Filmin əsas çəkilişləri 2002-ci ilin yayında tamamlanmış, oktyabrın əvvəllərinə kimi isə sonrakı istehsal işləri aparılmışdır. Kristofer Kolumbus kinematoqrafiya qaydalarında bəzi dəyişikliklər edərək Sirli Otaq səhnələrini portataiv kameralarla çəkmişdir ki, bu da daha çox manevr azadlığı vermişdir.
Səs effektləri Harri Potter və Sirlər Otağı filmində baş verən hadisələrlə əlaqədar olaraq, xüsusi səs effektləri birinci filmdən daha baha başa gəlmişdir. Səs dizayneri və səs redaktoru Rendi Tom əvvəlki filmdə olduğu kimi, bu filmdə də eyni vəzifəni yerinə yetirmiş, əsasən İngiltərədəki "Shepperton" Studiyalarında aparılmışdır.
Film musiqisi