Bulud niyə ağlayır? qısametrajlı cizgi filmi rejissor Məsud Pənahi tərəfindən 1973-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Qədim əfsanədə quraqlıq nəticəsində cadar-cadar olmuş torpağa yenidən həyat verməklə insanların köməyinə gələn bulud-qız haqqında bəhs edilir. 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalında filmə I mükafat verilmişdir.
Məzmun Bu filmin mövzusu milli folklorumuzdan götürülmüşdür. Təsviri həlli klassik şərq miniatürünə əsaslanır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 188
Qədim əfsanədə quraqlıq nəticəsində cadar-cadar olmuş torpağa yenidən həyat verməklə insanların köməyinə gələn bulud-qız haqqında bəhs edilir.
Festival və mükafat 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalında filmə I mükafat verilmişdir.
İstinadlar
Mənbə Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258–263. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1973-cü ilin filmləri Kateqoriya:1973-cü ilin Azərbaycan filmləri