() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Vətəni Aralıq dənizi sahilləridir. Təbii halda cənub-şərqi və qərbi Avstraliya, Cənubi Uels və Kvinqled ştatlarında, dəniz səviyyəsindən 200–600 m yüksəklikdə olan yamaclarda yayılmışdır.

Botaniki təsviri Hündürlüyü 18–45 m olan ağacdır. Oduncağı qırmızı, sıx, möhkəm, sərt və sudan ağırdır. Gövdəsinin qabığı sərt, qalın, dəyişkəndir, belə ki, cavan vaхtı gümüşü-boz rəngdə, sonradan tünd qırmızı və ya qara rəngdə olur. Yarpaqları qarşı-qarşıya, cüt, lentvari və ya neştərvari, uzunluğu 4-8 sm, eni 0,5-1,5 sm, açıq boz rənglidir. Yaşlı yarpaqları qalın, oraqvari, dartılmışdır. Keçid dövründə yarpaqları budağın üzərində ardıcıl yerləşən, saplaqlı, neştər formalı, açıq bozumtul rəngli, 6-11 sm uzunluqda, 1-2 sm enində olur. Qönçələri saplaqlı, uzunluğu 12–15 mm, eni 7–10 mm, qapaqcığı konusvari, qısa və köndələn saplarla birləşmişdir. Çiçək çətiri qınlı, çiçəkləri 3-7 ədəd, saplaqları 1-2 sm uzunluqda, qırmızı rənglidir. Meyvələri saplaqlı, formaca yumurtavari və ya dairəvi olub, diametri 8–9 mm, incə diski vardır, qapaqcıqları basılmış haldadır.

Ekologiyası Rütubət sevən bitkidir, quru subtropik iqlim şəraitində becərilir.

Azərbaycanda yayılması Dendrologiya İnstitutunun təcrübə sahəsində introduksiya edilmişdir. Azərbaycanın bir çox bölgələrində mədəni səraitdə becərilir.

İstifadəsi Abşeronun yaşıllaşdırılmasında istifadə üçün əlverişlidir.

Sinonimləri Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:1887-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Avstraliya florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Avstraliya endemikləri Kateqoriya:Kvinslend florası Kateqoriya:Yeni Cənubi Uels florası Kateqoriya:Viktoriya (ştat) florası