250px|right|frame|Qaraçay-Çerkesiya Respublikası 250px|thumbnail|right Qaraçay-Çərkəz Respublikası (, , , , ) — Rusiya Federasiyasının tərkibində inzibati subyekt, Şimali Qafqaz Federal dairəsinin tərkibinə daxildir.

Tarix Qaraçay-Çərkəz muxtar vilayəti 12 yanvar 1922-ci ildə təşkil edilmişdir. Muxtar vilayət kimi 12 yanvar 1922-ci il — 26 aprel 1926-cı il və 9 yanvar 1957-ci il — 30 yanvar 1990-cı il tarixlərində mövcud olmuşdur. 30 noyabr 1990-cı il tarixindən 1991-ci il iyul tarixinədək Rusiya SFSR tərkibində Qaraçay-Çərkəz SSR adı ilə mövcud olmuş, 3 iyul 1991-ci il tarixindən bəri isə Rusiya FR tərkibində Qaraçay-Çərkəz Respublikası adı ilə mövcuddur.

Siyasi quruluşu Qanunvericilik orqanı Xalq Yığıncağı adlanır. Üzvlərinin sayı 73 nəfərdir. Xalq Yığıncağının üzvləri 4 ildən bir respublika əhalisinin 18 yaş və daha yuxarı qisminin ümumi, bərabər, birbaşa və gizli səsverməsi ilə seçilir.

Coğrafiya Respublikanın ərazisi 14,277 км²-dir. Respublika ərazisinin 80%-i dağlıq ərazidir. Burada yerləşən Elbrus Qafqazın ən hündür dağıdır. Respublika su ehtiyatı ilə zəngindir. Beləki, respublika ərazisində buz mənşəli 130 dağ gölü yerləşir və irili-xırdalı 172 çay axır. Çaylardan ən iriləri Kuban, Urup, Laba, Kİçik və Böyük Zelençuq çaylarıdır. Respublika ərazisinin 416,201 hektarı meşələrlə örtülüdür.Официальный сайт Главы и Правительства Карачаево-Черкесской Республики: Общие данные о Карачаево-Черкесии

Əhali 2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən respublikada 439.470 nəfər əhali yaşayır .

Etnik tərkib Dövlət Siyahıyaalınmalara əsasən Qaraçay-Çərkəz Respublikası əhalisinin etnik tərkibi 2002-ci il 2010-cu il Toplam 439 470 478 517 Qaraçaylılar 169 198 194 324 Ruslar və Kazaklar 147 878 150 025 Çərkəzlər 49 591 56 466 Abazinlər 32 346 36 919 Noqaylar 14 873 15 654 Osetinlər 3 333 3 142 Ermənilər 3 197 2 737 Ukraynalılar 3 331 1 990 Tatarlar 2 021 1 696 Yunanlar 1 349 1 276 Təsniflənməmiş 88 3 499

İqtisadiyyat Qaraçay-Çərkəz respublikası aqrar ölkəsidir. Təsrrüfatının əsas-kimya və neft-kimya , yeyinti və yüngül sənaye sahələri təşkil edir. Bununla yanaşı Qaraçay-Çərkəz respublikasında maşınqayırma və metal emalı (o cümlədən elekrotexnika, radiotexnika) tikinti materialları, ağac emalı, kömür və dağ mədən sənayesi inkişaf etmişdir. Onun energetikası Kuban çayının hidroenerji ehtiyatlarına əsaslanır. Sənayesi əsasən Çerkesk şəhərində mərkəzləşmişdir. Ən iri müəssisələri texniki rezin məmulatları, alçaq gərginlikli aparatlar, soyuducular istehsal edən müəssisələr, kimya, sement, süd zavodları, mebel, ayaqqabı, tikiş fabrikləri, ət kombinatlarıdır. Əkinçilik və heyvandarlıq Qaraçay-Çərkəz respublikasının kənd təsərrüfatının aparıcı sahələridir. Dənli bitkilər (buğda, qarğıdalı), texniki bitkilərdən (günəbaxan, şəkər çuğunduru) kartof, tərəvəz və yem bitkiləri əkilir. KubanKalauz suvarma sistemi kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Dağ rayonlarında kənd təsərrüfatının əsasını iri buynuzlu mal-qara saxlanması və qoyunçuluq təşkiil edir. Bununla yanaşı burada quşçuluq və arıçılıq da inkişaf etmişdir. Nəqliyyatın inkişafı üçün dağlar böyük maneələr törədir. Ona görə də yollar adətən çay vadiləri boyu uzanır. Nəqliyyat hövzələrindən ən inkişaf etmiş avtomobil nəqliyyatıdır. Dəmir yollarının uzunluğu 70 km-ə qədərdir. Qaraçay-Çərkəz respublikasının dağlıq olması təbiətinin füsunkar olması, burada turizm və istirahət zonalarının inkişafına əlverişli şərait yaradır. Teberdə və Dombay beynəlxalq əhəmiyyətli kurort şəhəridir. Faydalı qazıntılarından (daş kömür), (qurğuşun), (sink), (mis), (sürmə), (əhəngdaşı), (mərmər) və s. çıxarılır. Respublika iqtisadi əlaqələrinin tərkibinə daxil olduğu Şimali Qafqaz iqtisadi rayonunun respublikaları və vilayətləri ilə həyata keçirir.

Rayonlar Qaraçay-Çərkəz Respublikası ərazisində 144 yaşayış məntəqəsi vardır. Onlardan 4-ü şəhər 140-ı isə kəndlər və qəsəbələrdən ibarətdir. Bütün yaşayış məntəqələri inzibati baxımdan iki şəhər dairəsinin və inzibati rayonun tərkibinə daxil olurlar. Çerkessk şəhər dairəsi Qaraçayevsk şəhər dairəsi Abazin rayonu Adıq-Xabal rayonu Zelençuq rayonu Qaraçayev rayonu Maloqaraçayev rayonu Noqay rayonu Prikuban rayonu Urup rayonu Ust-Cequtin rayonu Xabez rayonu

Şəhərlər Qaraçayevsk – 22.113 nəfər (2002-ci il siyahıya almasına əsasən)

Xarici keçidlər Официальный сайт Главы и Правительства Карачаево-Черкесской Республики

İstinadlar

Kateqoriya:Rusiya respublikaları Kateqoriya:Şimali Qafqaz Kateqoriya:Qaraçay-Çerkesiya Respublikası Kateqoriya:Şimali Qafqaz Federal Dairəsi Kateqoriya:1922-ci ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:1991-ci ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:1957-ci ildə yaranmış dövlətlər və ərazilər