Şipione Riva-Roççi (7 avqust 1863 — 15 mart 1937) — italyan patoloq, terapevt və pediatrı. Turin Universitetinin Tibb fakültəsinin 1888-ci il məzunu. Əvvəlcə Karlo Forlanininin klinikasında assistent işləmiş, 1894-cü ildən patologiya kafedrasının dosenti, 1900-cü ildən isə Varez şəhər xəstəxanasının baş həkimi olmuşdur. O, ilk olaraq qan təzyiqinin qeyri-invaziv yolla ölçülməsi metodunu icad etmişdir. O, eyni zamanda ağciyər vərəmi üzrə bir çox tədqiqatların müəllifidir.
İstinadlar
Kateqoriya:İtaliya alimləri Kateqoriya:İtaliya həkimləri Kateqoriya:İnternoloqlar