Yaşa, qızıl balıq — Natiq Rəsulzadənin ssenarisi əsasındaNatiq Rəsulzadə. Ev. Bakı: Çənlibel, 2012. Nicat Feyzullayevin filmi.
Məzmun Laqeydlik — bu, bizim narahat dövrümüzün əsas bəlasıdır. Və onunla mübarizə hər birimizin vətəndaşlıq borcudur. Film tamaşaçıları öz həyat mövqeyi üzərində düşünməyə məcbur edir.
Kinolent insan və təbiət, onların qarşılıqlı əlaqəsi, insanın zəngin mənəviyyatı və əxlaqi kamilliyi haqqındadır.
Avtobusdakı bəzi sərnişinlər can verən "qızıl balığı" qurtamaq üçün əllərindən gələni edir, bəziləri isə buna biganə yanaşır. Hadisələr kiçik bir avtobusda baş versə də əslində bu, böyük bir cəmiyyəti əhatə edir. Həmin cəmiyyətdə laqeydlər də çoxdur, zəngin mənəviyyatı olanlar da.
Film haqqında Filmdə çəkilmək üçün beş "qızıl balıq" alınmışdır. Ancaq əvvəldən axıra qədər təkcə "Ağabala" ləqəbli balıqdan istifadə olunmuşdur.
Film rejissor Nicat Feyzullayevin quruluşçu rejissor kimi bədii kinoda ilk işidir.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Natiq Rəsulzadə, Nicat Feyzullayev Quruluşçu rejissor: Nicat Feyzullayev Quruluşçu operator: Nizami Abbasov Quruluşçu rəssam: Mirzə Rəfiyev Səs operatoru: Akif Nuriyev Rejissor: Nadir Əzməmmədov Operator: Həsən Yaqubov Montaj edən: Lidiya Vyalsova Musiqi redaktoru: İsmayıl Dadaşov Rejissor assistenti: N.Məmmədova Operator assistenti: Elxan Hüseynov Redaktor: Eldəniz Quliyev Filmin direktoru: Nadir Əliyev Musiqisindən istifadə edilən bəstəkar: Müslüm Maqomayev ("Gümüşgöl əfsanəsi" bədii filmindən) (titrlərdə yoxdur)
Rollarda Kamil Məhərrəmov — avtobus sürücüsü Ə.Məmmədov Aqşin Feyzullayev — uşaq Ə.Ələsgərov S.Məmmədova Kübra Dadaşova — sərnişin Tələt Rəhmanov — nərd oynayan K.Ümüdov Rahib Əliyev Həqiqət Nəbiyeva Arif Kərimov — sərnişin Elnarə Məmmədova Arzu Ocaqverdiyev Ələsgər Qurbanəliyev Q.Məmmədov Fərəc Fərəcov — sərnişin Əhəd Əsgərov K.Həsənova T.Yaqubov Leyla Manafova Əhməd Əhmədov — sərnişin Əlibala Əliyev Vahid Əliyev — sərnişin Mustafa Süleymanov — sərnişin Nuriyyə Əhmədova - Avtobus sürücüsünün həyat yoldaşı(titrlərdə qeyd olunmayıb)
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 319.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1988-ci ilin Azərbaycan filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Macəra filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:"Debüt" Studiyası Kateqoriya:Azərbaycanda balıqçılıq