Aşıq Umbay (Umbay Sadıq oğlu Axundov; ) — Azərbaycan aşığı, Əməkdar mədəniyyət işçisi.
Həyatı Aşıq Umbay 1941-ci il mart ayının 21-də Laçın rayonunun Qarakeçdi kəndində kolxozçu ailəsində anadan olub.Laçınlı Aşıq Umbayın Dədə Şəmşirlə görüşü //Ədalət.- 2015.-17 yanvar.- S.13.
1946–1953-cü illərdə 7 illik Qarakeçdi kənd məktəbini, 1953–1959-cu illərdə isə Minkənd kənd orta məktəbini bitirmişdir. 1968-ci ildə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitutunun tarix fakultəsinə daxil olmuş və 1974-cü ildə həmin institutu müvəfəqiyyətlə bitirmişdir."Laçın yurdu" jurnalı, № 1(1), 2011, Bakı, "Elm və təhsil", 2011.
Gənc yaşlarından aşıq sənətinə böyük maraq göstərən Umbay Gəncəli Aşıq Maisdən 2 il aşıqlıq sənətinin sirlərini mənimsəmişdir.
1971-ci ildə rayonlararası "Gənc Aşıqlar Festivalı"nda birinci yerə çıxmışdır.
1976-cı ildə ümumittifaq festivalının laureatı olub qızıl medal alan Aşıq Umbayın 1989-cu ildə 2 qramafon valı yüksək tirajla satışa buraxılmışdır.
1992-ci ildə "Laçında dillənən saz" adlı şeirlər kitabı 7 min tirajla nəşr edilmişdir.
Azərbaycan Dövlət Televiziyasında "Şah İsmayıl" və "Laçın həsrəti" dastanlarını danışmışdır.
1984-cü ildə IV aşıqlar qurultayının üzvü olan Aşıq Umbay 2008-ci ildə keçirilən V aşıqlar qurultayının idarə heyətinin üzvü seçilmişdir.
Dövlət tədbirlərində mütamadi iştirak edən Aşıq Umbay hal-hazırda yazıb-yaratmaqla məşğuldur.
Mükafatları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 15 iyul 2016-cı ildə Aşıq Umbay "Əməkdar mədəniyyət işçisi" fəxri adı ilə təltif edilib.
Kitabları "Laçında dillənən saz", 1992-ci il, 7 min tiraj.
İstinadlar
Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər