Semyuel Bekket (, ) — fransız əsilli irlandiyalı yazıçı, dramaturq, tənqidçi və şair. Ejen İonesko ilə birgə Absurd Teatrın yaradıcılarından biri. 1969-cu ildə nəsr və poeziya janrlarında müasir insanın faciəsinin onun zəfərinə çevrilməsini novatorcasına əks etdirən əsərlərinə görə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Bekket, həm də Sənət İnsanları Cəmiyyətində Müdrik seçilmişdir.

Semyuel Barkli Bekket XX əsr eksperimental ədəbiyyatın aparıcı müəlliflərindən biridir. O, Ceyms Coysun davamçısı olduğu üçün "son modernistlərdən", daha sonra bir çox yazıçıya təsir göstərmiş olduğu üçün də "ilk postmodernistlərdən" biri kimi qiymətləndirilir. Bekket, həmçinin Martin Esslinin Absurd Teatr olaraq adlandırdığı cərəyanın ən vacib yazıçısı sayılır. Əsərlərinin çoxunu fransızca ya da ingiliscə yazıb, digər dilə özü tərcümə etmişdir. Ən tanınmış əsəri "Qodonu gözlərkən" olmuşdur. Bekketin əsərləri sadə və əsasən minimalistdir. Bəzi şərhlərə görə, müasir insanın vəziyyəti haqqında pessimist, hətta nihilist əsərlər yazmışdır. Getdikcə daha qısa və əsaslı əsərlər yazan Bekket bu pessimizmi qara yumor yolu ilə izah edir.Samuel Beckett Timeline Theatredatabase.com. Erişim tarihi: 3.7.2008.

Həyatı

Uşaqlığı və təhsili Bekket ailəsinin "Huguenot", yəni fransız Kalvinizm mənşəli olduğu və 1865-ci ildə Nant razılaşmasının qüvvədən qaldırılması ilə birlikdə Fransadan İrlandiyaya köçdüyü deyilir. Ancaq bu nəzəriyyənin mümkün olmadığı güman edilir.Cronin, 3–4 Bekketin atası tikintilərdə kəşfiyyat mütəxəssisi, anası isə müəllifin sözləri ilə desək "demək olar Kvakerlər"Biography of Samuel Beckett , mural.uv.es (İspanyolca) kimi dərin dini inanclara sahib bir tibb bacısı idi. İrland Anqlikan kilsəsinin üzvü olan ailənin Dublinin Foksrok şəhərətrafı zonasındakı "Cooldrinagh"da olan evi 1903-cü ildə Semyuelin atası Vilyam tərəfindən tikdirilmişdir. Bu, baxçasında tennis kortu olan böyük bir evdi. Bekketin şeirlərində və əsərlərində həmin evin, baxçanın, atası ilə gəzintiyə çıxdığı çöllərin, yaxınlıqdakı Leopardstown yarış meydanının, Foksrok stansiyasının və dəmiryol xəttinin bitdiyi Harcourt Street stansiyasının izlərinə rast gəlinir.

Bekket 13 aprel 1906-cı ildə Dublində dünyaya gəlib. Ancaq doğum şəhadətnaməsindəki tarix 13 maydır. İnsanın dünyadakı varlığını çəkilməsi lazım olan əzab olaraq görən müəllifin ad gününü dəyişdirərkən Pasxadan əvvəlki son cüməyə təsadüf edən 13 aprel tarixini xüsusilə seçdiyi irəli sürülmüşdür.Knowlson, James. Damned to Fame: The Life of Samuel Beckett. New York: Grove Press, 1996. s 1

Qüvvətli və həlim xasiyyətli uşaq olan qardaşı Frankın əksinə olaraq, Semyuel sağlamlığında problem yaşayan zəif, mız-mız uşaq idi. Beş yaşında olarkən məktəbə getməyə başladı və burada ilk musiqi təhsilini aldı. Daha sonra şəhər mərkəzində Harkort küçəsindəki Earlsford House məktəbində təhsilinə davam etdi. 1919-cu ildə Fermanax Enniskillendə yerləşən, Oskar Vayldın da oxuduğu Portora Royal məktəbinə keçdi. Anadangəlmə atletik olan Bekket solaxay olaraq kriketdə çox uğurlu oldu. Daha sonra Dublin Universitetinin komandasında iştirak etdi və Northemtonşir Şəhər Kriket Klubuna qarşı iki oyunda oynadı. Beləliklə, Bekket kriketin müqəddəs kitabı sayılan "Wisden Cricketers Almanack"da yer alan tək Nobel mükafatı qazanan şəxs oldu.Beckett's Athletics — Steven O'Connor'ın makalesi

İlk yazıları 200px|thumb|left|Bekketin ingiliscə, fransızca və italyanca təhsil aldığı Triniti kolleci şəhərciyi Bekket ailəsinin geniş maddi imkanları sayəsində mükəmməl təhsil almışdı. O, təhsilini 1923–27-ci illər arasında Dublindəki Triniti kollecində fransızca, ingiliscə və italyanca almışdır. Buradakı müəllimlərdən biri tanınmış Corc Berkli tədqiqatçısı olan həkim A. A. Luis idi. Bekket məşhur Triniti kollecini əla qiymətlər və bakalavr diplomu ilə bitirdikdən sonra qısa bir müddət Belfastdakı Kempbell kollecində müəllimlik etdi. Ardınca 1928-ci ildə Parisə gedərək Paris Ali Normal məktəbində () ingilis dilini tədris etdi. Burada yaxın dostu şair Tomas MakQrivi tərəfindən yaradıcılıq həyatında böyük rol oynayan həmvətəni, məşhur irlandiyalı yazıçı Ceyms Coys ilə tanış oldu. Bu tanışlıq gənc Bekketdə dərin iz buraxdı. Bekket Coysa bir çox işlərində kömək etdi. Bunlardan ən başlıcası "Finnegans Wake" adı ilə nəşr olunacaq kitab üçün etdiyi tədqiqatları göstərmək olar.Knowlson, 106

Bekketin Coys və ailəsi ilə dostluq münasibətləri vardı, lakin Bekket Coysun qızı Lusiyanın ona bəslədiyi hislərə qarşılıq verməyincə bu dostluq pozuldu.a b The Modern World 'de Beckett biyografisi Bekketin ilk qısa hekayəsi "Ehtimal" () bu dövrdə Colas tərəfindən nəşr olunan ədəbiyyat jurnalı "Keçid" də işıq üzü gördü. Bir il sonra Bekket tələsik yazılmış "Whoroscope" adlı şeiri ilə kiçik ədəbiyyat mükafatı qazandı.a b "About Playwright Samuel Beckett" (İngilizce) (PDF). Theatre USA Newsletter (Mobile, Alabama: Department of Dramatic Arts — University of South Alabama) 2 (3). Şubat 2003. Erişim tarihi: 2008–07–03. Həmin şeir Rene Dekartın bioqrafiyasından ilhamlanaraq yazılmışdı.

180px|thumb|right|Semyuel Bekketin əsərlərindən təsirləndiyi Ceyms Coys

Bekket 1930-cu ildə Triniti kollecinə lektor olaraq qayıtdı, lakin 1931-ci ilin dekabrında buradan getdi."Life" . Encyclopædia Britannica. 2008. Bu peşəni özünün seçməsinə baxmayaraq, demək olar ki, pataloji dərəcədə utancaq olması və dərs deyərkən insanların qarşısında olmaqdan xoşlanmamasıKnowlson, James ve Knowlson, Elizabeth. Beckett Remembering, Remembering Beckett. Bloomsbury Publishing, 2007. s.33 səbəbindən onda qısa vaxtda xəyal qırıqlığı yaratdı.Killeen, Terence. From sporty teenager to free-thinking writer (erişim:3 Temmuz 2008) Həmçinin Bekketin dərslərdə mövqeyi, şagirdlərə aşağı bal verməsi şagirdlər tərəfindən şikayət edilməsinə və məktəb müdiri tərəfindən xəbərdarlıq edilməsinə gətirib çıxartdı ki, bu da onun məyusluğunu artırdı. Bekket bu xəyal qırıqlığını Dublinin Müasir Dillər Cəmiyyətinə bir oyun oynayaraq göstərdi. Tamamilə xəyal məhsulu olan və mühitdəki təkəbbürlüyə lağ etmək üçün uydurduğu "Konsentrasiya" () cərəyanının qurucusu tuluzalı yazıçı Jan du Ças haqqında ətraflı məqalə yazdı.Knowlson, 121Beckett'ın "Jean du Chas" hakkında hazırladığı makalenin İngilizce ve Fransızca metni (erişim: 3 Temmuz 2008)

Bekket 1931-ci ildə Trinitidəki işindən ayrılaraq qısa davam edən akademik karyerasını bitirdi. Həyatının bu mərhələsinin xatirəsinə Yohann Volfqanq Götenin Vilhelm "Meysterin şagirdlik illəri" romanından ilhamlanaraq "Cırtdan" şeirini yazdı. Nəhayət, şeir 1934-cü ildə "Dublin Magazin" də nəşr olundu.Collected Poems, 9

Triniti kollecindən magistr dərəcəsi alıb, kolleci tərk etdikdən sonra Avropada səfərlərə başladı. Ceyms Coys kimi Bekket də "irland həyatının bütün ağırlığı ilə yaradıcılığının üzərinə çökməsindən" narazı idi. Məhz "milli ağırlıqdan" xilas olmaq üçün vətənini həmişəlik tərk etmək qərarına gəlmişdi. Bu məqsədlə bir müddət Londonda yaşadı və burada 1931-ci ildə fransalı yazıçı Marsel Prust haqqındakı "Prust" adlı tənqidi məqaləsini nəşr etdirdi. Yazıçı "Mörfi" adlı ilk romanını Britaniya paytaxtında başa çatdırmış, lakin yalnız aradan beş il keçəndən sonra nəşr etdirmişdi. Kitab ona maddi gəlir gətirməsə də, Coysun tərifli rəyi Bekket üçün yeni əsərlər yazmaq baxımından ciddi stimul olmuşdu.

180px|thumb|left|Bekket tərəfindən haqqında tənqidi məqalə yazılan fransalı yazıçı Marsel Prust

1933-cü ildə Bekkedə atasının ölümü ağır təsir etdiyi üçün Tavistok Klinikasında həkim Uilfred Bionun tərəfindən iki il müalicə olundu. Həkim Bion Bekketin Karl Qustav Yunqun Tavistokda dediyi 3-cü seminara qatılmasına şərait yaratdı. Bekketin illər sonra belə xatırladığı bu seminar "Doğru heç vaxt doğulmamışdır" () haqqında idi. Burada fikirlərin təsirləri Bekketin "Uatt" və "Qodonu gözləyərkən" adlı əsərlərində müşahidə olunur.Beckett, Samuel. (1906–1989) — Literary Encyclopedia Bekket 1932-ci ildə ilk romanı olan "Sadə qadınların arzusu" () əsərini yazdı, lakin bir çox naşirin mənfi cavabına görə kitabı çap etdirməkdən imtina etdi. Bu roman 1933-cü ilə qədər nəşr olunmamasına baxmayaraq, Bekketin bir çox şeirinə və 1933-cü ildə nəşr olunan "Eşqsiz münasibətlər" adlı ilk kitabına mənbə oldu.

Bekket bu dövrdə bəzi məqalələr və tədqiqatlar yayımladı. Bunların içində "Aktual İrlandiya şeiri" ("The Bookman", August 1934) və dostu Tomas MakQrivinin şeirlərini təhlil etdiyi "Humanist səssizlik" ("The Dublin Magazine", July-September, 1934) adlı məqalələr də vardı. Bekket MakQrivi, Brayan Koffi, Denis Deylin və Blaneyd Sokldun əsərlərini tədqiq etdiyi bu yazılarda həmin şairlərin hələ kifayət qədər uğur qazana bilməməsinə baxmayaraq, müasirləri olan Seltik Dirçəlişi hərəkatından daha üstün olduğunu müdafiə etdi və bu fikrini dəstəkləmək üçün Ezra Paund, Tomas Eliot və fransız simvolistlərin bu şairlərin sələfləri olduğunu söylədi. Bekket bu şairləri İrlandiyanın yaşayan poeziyasının nüvəsi kimi təsvir edərkən,Disjecta, 76 eyni zamanda modernist İrlandiya poetikasının əsas qaydalarını da müəyyən etmiş olurdu.

Bekket "Exonun sümükləri" və "Digər gözləntilər" adlı şeir kitablarını nəşr etdirdiyi 1935-ci ildə, həmçinin "Mörfi" adlı romanı üstündə işləyirdi. Həmin ilin may ayında MakQriviyə yazdığı məktubda Moskvaya gedərək Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetində Sergey Eyzenşteyn ilə birlikdə işləmək istədiyindən bəhs etdi.Beckett'ın MacGreevy'ye yazdığı 25 mart 1936 tarihli mektup; Knowlson, 226 1936-cı ilin ortalarında Sergey Eyzenşteyn və Vsevolod Pudovkinə məktub yazaraq onlarla işləmək istədiyini bildirdi, lakin Eyzenşteynin çiçək epidemiyası səbəbiylə karantində olması və buna görə məktubun itməsi, eyni zamanda təxirə salınmış bir film layihəsi olan "Bejin Medou"nun ssenarisini yenidən yazmağa intensivləşməsi səbəbindən Bekketin bu təşəbbüsü uğursuz oldu.Katherine Waugh ve Fergus Daly. "Film by Samuel Beckett "The greatest Irish film"" . Ireland On-Line. Erişim tarihi: 2008–07–04. Həmin vaxtlarda Bekket "Mörfi" romanını yekunlaşdırdı və 1936-cı ildə Almaniyanı tamamilə gəzmək üçün uzun bir səfərə çıxdı. Bu səfər boyunca gördüyü əhəmiyyətli sənət əsərlərini qeyd etmək üçün bir neçə dəftərdən istifadə etdi. Həmçinin bu dəftərlərdə bütün ölkəni əhatə eləməyə başlamış Nasist hərəkatına qarşı narazılığını qeyd edirdi.Beckett, yayınlanmamış Alman Günlükleri, 4. defter; not olarak: Knowlson, 238 1937-ci ildə qısa müddətlik İrlandiyaya qayıtdı və "Mörfi"nin nəşri ilə məşğul oldu. Romanı növbəti il özü fransız dilinə tərcümə etdi. Anası ilə arasında olan anlaşılmazlıq Parisdə yaşamaq fikrini daha da qətiləşdirdi (Bekket İkinci Dünya müharibəsinin başlaması ilə Parisə birdəfəlik gedəcəkdi, çünki müharibədə Fransaya, sülhdə İrlandiyaya üstünlük verirdi).Israel Shenker, 'Moody Man of Letters', The New York Times, 5 Mayıs 1956; Cronin'de alıntı, 310 Bekket 1937-ci ilin dekabrında Peqqi Quqqenhaym ilə qısa müddətli bir münasibət yaşadı.

1938-ci ilin yanvar ayında Parisdə istehzalı şəkildə "tədbirli" ləqəbi ilə məşhur olmuş qadın satıcının təkidlərindən imtina etməyə çalışarkən ürəyindən bıçaqlanan Bekket ölümdən qayıtdı.Knowlson, 281–283 Ceyms Coys yaralı Bekket üçün xəstəxanada xüsusi bir otaq təşkil etdi. Bekketi Parisə daha əvvəlki gəlişindən uzaqdan tanıyan Suzanna Deşevo-Dumenil hadisənin ictimaiyyətdə eşidilməsi ilə birlikdə müəllifə maraq göstərdi və aralarında ömür boyu davam edəcək bir münasibət başaldı. Bekket məhkəmə prosesi zamanı ona hücum eləyən qadından bunu nə üçün etdiyini soruşanda belə bir cavab aldı: "Bilmirəm, cənab, üzr istəyirəm ()."Knowlson, 283