Mərv döyüşü — 2 dekabr 1510-cu ildə baş vermiş və Səfəvi dövlətinin Şeybani üzərində həlledici qələbəsi ilə tamamlanmış döyüş. Nəticədə, Səfəvilər Xorasanı nəzarət altına aldılar (şimal-şərqi və şərqi İran, qərbi və şimali Əfqanıstan, həmçinin indiki Türkmənistanın, Özbəkistanın, Tacikistanın müəyyən hissələri).

Tarixi Şeybanilər təxminən 1495-ci ildə Mavəraünnəhrdə möhkəmləndilər, 1507-ci ildə Herat Özbək xanının əlinə keçdi. Şah I İsmayıl, 1503-cü ildə İran üzərinə səfərə başladı və 1509-cu ilə qədər İranı (Xorasandan başqa) işğal etdi. Həmin vaxt Xorasan Şeybanilərin nəzarəti altında idi.

İstinadlar

Həmçinin bax Almaqulağı döyüşü Səfəvi-Osmanlı müharibələri

Kateqoriya:Səfəvilərin döyüşləri Kateqoriya:Şeybanilər Kateqoriya:2 dekabrdakı hadisələr Kateqoriya:1510-cu ildəki hadisələr Kateqoriya:Azərbaycanın hərb tarixi