Musxelişvili Nikolay İvanoviç (; 1891-1976) — Sovet riyaziyyatçısı və mexaniki. AMEA-nın fəxri üzvü.

Həyatı Nikolay İvanoviç 1891-ci ildə Tiflis şəhərində anadan olmuşdur. 1914-cü ildə Peterburq Universitetini bitirib, 1922-ci ildən Tbilisi Universitetinin və Politexnik İnstitutunun professoru, 1941-ci ildən Gürcüstan SSR EA Razmadze adına Riyaziyyat İnstitutunun direktoru olmuşdur.

1933-cü ildə SSRİ EA-nın müxbir üzvü, 1941-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1957-ci ildən SSRİ EA Rəyasət Heyətinin üzvü, 1941-1972-ci illərdə prezidenti, 1972-1976-cı illərdə Gürcüstan SSR EA-nın fəxri prezidenti olmuşdur. 1945-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

Musxelişvilinin apardığı tədqiqatlar elastiklik nəzəriyyəsinə, inteqral tənliklərə, funksiyalar nəzəriyyəsinin sərhəd məsələlərinə və s. aiddir.

Nəzəri fizika və mexanikada, eləcə də riyaziyyatın digər bölmələrində müvəffəqiyyətlə istifadə olunan bir sıra üsullar təklif edərək Musxelişvili kompleks dəyişənli funksiyalar nəzəriyyəsini elastiklik nəzəriyyələri məsələlərinə ilk tətbiq edənlərdən olmuşdur. Alimin işlərində statistik hallar üçün müstəvidə elastiklik nəzəriyyəsinin bütün əsas problemləri həll edilmişdir. O, müstəvi məsələləri sonlu xətti cəbri tənliklər sisteminə gətirilən bir sıra oblastlar aşkar etmişdir. Musxelişvili analitik funksiyaların xətti sərhəd məsələləri və məxsusi nüvəli birqat inteqral tənliklər nəzəriyyəsinə öz bilik və bacarığını sərf etmişdir. Çoxlu sayda elmi məqalələrin, monoqrafiyaların və ali məktəb tələbələri üçün riyaziyyat üzrə dərsliklərin müəllifidir.

Musxelişvili bir çox xarici ölkə akademiyalarının, elmi idarələrin və cəmiyyətlərin üzvü olmuşdur. O, 1941, 1947-ci illərdə SSRİ Dövlət mükafatı laureatı olmuş, 5 Lenin ordeni, "Oktyabr inqilabı" ordeni, M.V.Lomonosov adına Qızıl medalla (1972), 2 xarici ordenlə, eləcə də başqa orden və medallarla təltif olunmuşdur.

AMEA-nın fəxri üzvü seçilmişdir.

İstinadlar

Kateqoriya:Akademiklər Kateqoriya:SSRİ riyaziyyatçıları Kateqoriya:SSRİ Ali Sovetinin I çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:AMEA-nın fəxri üzvləri Kateqoriya:SSRİ EA-nın müxbir üzvləri Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:"Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XX qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin I çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VIII çağırış deputatları Kateqoriya:XX əsr riyaziyyatçıları Kateqoriya:SSRİ Elmlər Akademiyasının alimləri Kateqoriya:Gürcüstan fizikləri Kateqoriya:Gürcüstan SSR Elmlər Akademiyasının akademikləri Kateqoriya:Tbilisi Dövlət Universitetinin müəllimləri Kateqoriya:Tbilisi Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Azərbaycan SSR Elmlər Akademiyasının akademikləri Kateqoriya:Alimlər