Corc Klinton () — afro-amerikalı bəstəkar, vokalçı, gitaraçı. Ceyms Braun və Slay Stoun ilə birlikdə musiqi cərəyanı olan "fank"ı yaratmışdır. 1997-ci ildə Rok-n-rollun şöhrət zalına daxil edilmişdir.
Corc Klinton 1968-ci ildə "Parliament" musiqi qrupunu yaratmışdır. Bu qrup erkən fankın pionerlərindən sayılır. "Parliament" əsasən nəfəs çalğı alətlərindən istifadə etmişdir. 1970-ci ildə Klinton Funkadelic musiqi qrupunu təşkil etmişdir. Bu qrup psixodelik gitara ifası üzrə ixtisaslaşmışdır. Parliament və Funkadelic fərqli musiqi şirkətləri ilə əməkdaşlıq etmişlər və üslub baxımından bir-birindən fərqlənmişlər. Amma hər iki musiqi qrupunun heyəti demək olar ki, eyni idi.
1990-cı illərdə P-Funk All Stars qrupunun heyətində çıxış edir və mahnılarını lentə yazdırır.
Klintonun üslubunu adətən P-Funk sözü ilə səciyyələndirirlər. Bu üslubda fankla yanaşı psixodelik rok, speys-rok və psixodelik soul elementləri də güclüdür.
Diskoqrafia 1982 — Computer Games (Capitol Records) 1983 — You Shouldn’t-Nuf Bit Fish (Warner Bros.) 1985 — Some of My Best Jokes Are Friends (Capitol Records) 1986 — R&B Skeletons in the Closet (Capitol Records) 1989 — The Cinderella Theory (Paisley Park Records) 1993 — Hey Man, Smell My Finger (Paisley Park Records) 1993 — Sample Some of Disc — Sample Some of D.A.T. (A&M Records) 1996 — Testing Positive (A&M Records) 2005 — How Late Do U Have 2BB4UR Absent? (The C Kunspyruhzy)
Kateqoriya:ABŞ musiqiçiləri Kateqoriya:ABŞ bəstəkarları Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:ABŞ prodüserləri Kateqoriya:Afroamerikalılar Kateqoriya:Musiqi