() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu. "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU C2a(ii). Nadir növdür.
Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir. Soğanağı yumurtaşəkilli, uzunsov, qonur rəngli qınla örtülüdür. Gövdə və çiçək saplağı qısadır. Yarpaqları 3 ədəd, enli neştərşəkilli, yaşılımtıl-göydür. Çiçəkyanlığı parlaq qırmızı, qaidəsində sarı ləkələr var; ləkələr sarı və ya qırmızı ləkəli sarıdır. Ləçəklər uzunsov-yumurtaşəkilli küt və təpə hissəsi örtüklüdür.
Bioloji, еkoloji və fitosеnoloji xüsusiyyətləri Çiçəkləmə iyun, mеyvə əmələgətirmə iyul ayına təsadüf edir. Soğanaqla və toxumla çoxalır. Aşağı və orta dağ qurşaqlarında, dağ bozqırlarında, otlu yamaclarda, daşlı-çınqıllı, qayalı yerlərdə yayılmışdır. Mezoksеrofitdir.
Yayılması Naxçıvanın dağlıq rayonları (Ordubad rayonu, Nus-nus kəndi ərazisi).
Sayı və tеndеnsiyası Təbii ehtiyatı azdır. Əhali tərəfindən intensiv toplanması gələcəkdə azalma təhlükəsini ehtimal etməyə əsas verir.
Məhdudlaşdırıcı amillər Antropogеn, ekoloji və zoogen amillər.
Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yeni yayılma yerlərinin axtarılması vacibdir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Türkiyə florası Kateqoriya:Bitkilər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Bağ bitkiləri Kateqoriya:Qazaxıstan florası Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Şəxslərin adını daşıyan bitki taksonları