Robert Skott () — Böyük Britaniya səyyahı, Antarktidanın tədqiqatçısı.
Həyatı Robert Skott 1868-ci ildə dənizçi ailəsində doğulmuşdur. 18 yaşında "Badişa" gəmisində miçman, iki ildən sonra, 1888-ci ildə kiçik leytenant rütbəsi alır. İngilis hökuməti Antarktidaya təşkil etdiyi ekspedisiyaya rəhbərlik etməyi Robert Skota təklif edir.
1902-ci ildə xüsusi layihə üzrə düzəldilmiş "Diskoveri" gəmisinə rəhbərlik edən Skott Antarktida sahillərinə çatsa da, iqlim şəraiti və aysberqlər ekspedisiya üzvlərinə materikə çıxmağa imkan vermir.
1910-cu ilin iyun ayında "Terra-Nova" gəmisi ilə Skott yenidən Antarktidaya doğru üzməyə başlayır. 65 nəfər heyətdən ibarət gəmi materikə yan alır. 1911-ci ilin noyabr ayında materik üzərinə çıxaraq qütbə doğru irəliləyir.
1912-ci ilin yanvar ayının 17-də R. Skott, Uilson, Ots, Bouers və Evans cənub qütbünə çatmağa müvəffəq olurlar. Lakin qütbdə Nоrveç bayrağının dalğalanması onların qütbü fəth etməkdə gecikdiklərini göstərir. Geri qayıdarkən sərt iqlim şəraitində həlak olurlar.
Sahildə qalan ekspedisiya üzvləri ancaq səkkiz ay keçdikdən sonra Skottun və digər ekspedisiya üzvlərinin meyitlərini çadıra bürünərək donmuş şəkildə tapır və dəfn edirlər.
İstinadlar
Xarici keçidlər Гарри Ладлэм "Капитан Скотт" 1965. Ленинград, "Гидрометеоиздат", 1989 Перевод с английского В. Я. Голанта. Фотогалерея лагеря экспедиции Скотта. Маршрут экспедиции Terra Nova и похода к Южному полюсу для Google Earth.
Kateqoriya:Britaniya səyyahları Kateqoriya:Devonda doğulanlar Kateqoriya:Antarktidada vəfat edənlər Kateqoriya:Gündəlik müəllifləri Kateqoriya:Antarktida tarixi Kateqoriya:Antarktikanın tədqiqatçıları Kateqoriya:Britaniya alimləri Kateqoriya:Britaniya masonları Kateqoriya:Britaniya zabitləri Kateqoriya:İngiltərə admiralları Kateqoriya:Kapitanlar Kateqoriya:Kəşf etmiş şəxslər Kateqoriya:Qütbçülər Kateqoriya:Viktoriya dövrü