Əli Sistani (; tam adı:Seyid Əli Hüseyni Sistani; d. 4 avqust 1930, Məşhəd, İran) — Mərkəzi Nəcəfdə olan "Alul-Bayt" elmi müəssisəsinin rəhbəri, Ayətullah əl-üzma.
Hazırda İraqın Nəcəf şəhərində yaşayır. 2014-cü il Nobel Sülh mükafatına namizəd göstərilmişdir.
Həyatı
Əli Sistani 4 avqust 1930-cu ildə İranın Məşhəd şəhərinin yaxınlığında dünyaya gəlmişdir. Anası Seyid Rza Mehrabaninin qızı (Mehraban şəhəri).
Təhsili
İbtidai və orta təhsilini Məşhəddə o dövrün məşhur alimlərindən alır. Ali dərəcədə Üsul, Fiqh, Əqli elmlər və ilahiyyat elmlərini o dövrün məşhur alimi Mühəqqiq Mirzə Mehdi İsfahani və d. alır. 1948/1949-cu illərdə təhsilini artırmaq üçün Qum şəhərinə köçür. Burada o, o dövrün məşhur alimlərindən Ayətullah əl-Üzma Seyid Hüseyn Burucərdi və b. Üsul və Fiqh sahəsindən Ayətullah Höccət və b. isə Hədis və Rical elmindən təhsil alır. 1951/1952-ci illərdə təhsilini artırmaq üçün İraqın Nəcəf şəhərinə köçür. Nəcəfə köçdükdən sonra orada müxtəlif elmi müəssisələrdə o dövrün məşhur alimlərindən: Ayətullah əl-Üzma Seyid Xoyi'dən, Ayətullah əl-Üzma Seyid Həkim'dən, Ayətullah əl-Üzma Şeyx Hüseyn Hilli'dən və b. təhsil alır.
Dini fəaliyyəti
1961/1962-ci illərdə Şeyx Ənsari'nin "Məqasib"i üzərindən ictihad dərslərinə başlayır və bu mənbə üzərindən illərlə ictihad dərsləri verir. Daha sonralar daha ali səviyyədə ictihad dərslərini şərhi ünvanı ilə Seyid Məhəmməd Kazım Təbatəbai Yəzdi'nin "Urvət'ul Vusqa"sı ilə davam etdirir. Bu dönəmdə Təharət, Xums, Namaz və Namazla əlaqəli bir çox mövzularda geniştərkibli dərslər verir. 1965-ci ilin Yanvar ayından ali ictihad dərəcəsində Üsul dərsləri verməyə başlayır. Bu dərslərin üçüncü bölümünü 1991-ci ilin Fevral/Mart aylarında tamamlayır. Bundan sonra onun yetişdirdiyi şagirdlər Üsul və Fiqh sahələrindən dərs verməyə başlayır.
Əsərləri
Sistani 30 il ali səviyyədə Fiqh, Üsul və Rical təhsili verir. Şeyx Ənsarinin "Məqasib"-ini ali səviyyədə tədris etdiyi son dönəmdə Təharət, Qəza, Xüms, Fiqhin bəzi qaidə və bəhslərini (Faiz, Təqiyyə, ilzam və s. kimi) tədris edir. Bu dərslərinin bəziləri kitab olaraq da nəşr olunur. Bundan başqa 3 dövr tam olaraq Üsul dərsi verir və bu dərslərindəki bəzi bəhsəri kitab olaraq yayınlanır. Sistaninin bəzi şagirdləri də ustadlarının bu dərslərini bəyan edərək yayınlayırlar.
Şərhi Urvət’ul Vusqa Əl Buhus’ul Usuliyə Kitab’ul Qəza Kitab’ul Bey’i və’l Hıyarat Fi’l Libas’il Məşquq fihi Fi Qaidət’il Yəd Fi Salat’il Misafir Fi Qaidət’il Təcavüz və’l Firaq Əl Qıblə Ət Təqiyyə Qaidət’ul ilzam İctihat və Təqlit Fəvaid’ul Ğarəviyyə Ər Riba Hücciyətu Mərasili İbn-i Əbi Umeyr Naqdi Risalət’u Təshih’il Əsanid’il Ərdəbili Şərhi Məşiyət’ut Təhzibeyn Qaidət’il Qur’a Tarixi Tədvini’il Hədis fi’l İslam Fəvaid’ul Fiqhiyyə Risalətun fi hukmi ma iza ixtələfəl - muctəhidan əl-mutə-saviyan fil - fətva Müctəhidan’il Mutasaviyan Fi’l Fətva Tovzihul Məsail Minhacus Salihin Əl-Məsailul-Muntəxəbə Əl-Fiqh lil-muğtəribin
İstinadlar
Mənbə
Rəsmi saytı
Həmçinin bax Şiə məzhəbinin alimləri siyahısı
Xarici keçidlər
Kateqoriya:İslam alimləri Kateqoriya:Müsəlman din adamları Kateqoriya:Məşhəddə doğulanlar Kateqoriya:İran ayətullahları Kateqoriya:Müctəhidlər Kateqoriya:İraq ayətullahları Kateqoriya:İran siyasətçiləri Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:İran şəxsləri Kateqoriya:Şiə din xadimləri