Covanni Centile (; ) — italyan filosofu, siyasətçi. Roma Universitetinin professoru, Mussolini hökumətində Maarif naziri.

Centile Hegelin təlimini yenidən nəzərdən keçirmiş və yeni hegelçiliyin subyektiv idealist çalarlarından biri olan "aktualizm" sistemini yaratmışdır. Centileyə görə, bütün mövcudat həmişə aktual, fəal olan, düşünən fikrin, hərəkətin nəticəsidir. Düşünən fikrin yaradıcılığı isə məkan və zaman şəraiti ilə məhdudlaşdırılmışdır. Onun doğurduğu materiya ölüdür, ətalətlidir, lakin fikirlə vəhdət halındadır. Solipsizmdən uzaqlaşmaq üçün Centile universal "mən" anlayışını işə salır. Reallıq fərdi şüur ideyaları ilə eyniyyət təşkil etməyib, kainatda təşəkkül tapma prosesində bütün əkslikləri aradan qaldıran fövqəlşəxsi transsendental başlanğıcın xalis təfəkkürüdür. Sosioloji-siyasi baxışlarında Centile liberalizmdən fatalizmədək təkamül etmişdir. Centile fəlsəfəsinin subyektivizmi və volyuntarizmi italyan faşizminin ideoloji əsaslarından olmuşdur.

Əsərləri "Hegel dialektikasının islahatı" (1913)

İstinadlar

Kateqoriya:Fəlsəfə Kateqoriya:İdealistlər Kateqoriya:Dei Linçei Akademiyasının üzvləri Kateqoriya:XX əsr İtaliya siyasətçiləri Kateqoriya:XX əsr filosofları Kateqoriya:Siyasi filosoflar Kateqoriya:Antiintellektualizm Kateqoriya:XIX əsr filosofları Kateqoriya:Xristian filosoflar Kateqoriya:İtaliya filosofları Kateqoriya:Sui-qəsd qurbanları