Valeh İsmixan oğlu Baxşəli – Texnika elmləri doktoru. Azərbaycan Texniki Universitetinin "Mexanika" kafedrasının müdiri.
Həyatı Valeh İsmixan oğlu Baxşəli 1959-cu ildə anadan olmuş, 1975-ci ildə Ağdam rayonunun Xudu Məmmədov adına Mərzili kənd orta məktəbini, 1980-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Mexanika fakültəsini bitirmişdir. 1987-ci ildə "Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi" ixtisası üzrə dissertasiya müdafiə edərək texnika elmləri namizədi – PhD (elmi rəhbəri: mərhum prof. N. B. Qədirov) və 2007-ci ildə həmin ixtisas üzrə texnika elmləri doktoru elmi dərəcəsi almışdır.
O, NORD – elmi tədqiqat institutunda mühəndis-konstruktor (1980–1983), AzTU-nun "Nəzəri Mexanika" (indiki "Mexanika") kafedrasında aspirant (1983–1985), assistent (1986–1992), baş müəllim (1992–1994), dosent (1994–2011), 2011-ci ildən professor vəzifəsində çalışmış və 16.11.2016-cı il tarixindən həmin kafedranın müdiri vəzifəsinə təyin edilmişdir. Həmçinin 2006–2013-cü illərdə Xəzər Universitetində və 2003-cü ildən 2017-ci ilədək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən ABŞ — ın Corciya Dövlət Universitetinin BBA və MBA Proqramlarında Texniki və Tətbiqi Mexanika, Maşın və mexanizmlər nəzəriyyəsi və Maşın hissələri fənnlərini ingilis dilində tədris etmişdir.
Avropa Komissiyası Tədqiqat və Texnoloji İnkişaf üzrə 7-ci Çərçivə Proqramı hüdudlarında (www.bs-era.net) Qafqaz ölkələrindən yeganə qalib Layihənin Elmi Konsorsiumunun (Almaniya, Türkiyə, Gürcüstan, Azərbaycan) rəhbəri olmuşdur.
Elmi maraq dairəsi: nəzəri və tətbiqi mexanika, materiallar müqaviməti, maşın mexanikası, maşın hissələri və tribologiya, fasiləsiz təhsilin problemləri.
Elmi yaradıcılığı Prof. Valeh Baxşəli Nəzəri və tətbiqi mexanika, Maşın dinamikası, Tribologiya və Təhsil sahələrində ölkə daxilində və xaricdə 200-dək elmi məqalə və konfrans məruzələri, monoqrafiyalar, dərslik və dərs vəsaitləri çap etdirmişdir. Maşın və mexanizmlərin möhkəmliyi və etibarlığı sahəsində ciddi elmi nəticələrin, həmçinin Nəzəri mexanikadan paralel qüvvələr sisteminin mərkəzinin (cismin ağırlıq mərkəzinin) tapılmasına aid bir neçə teoremin və Tribologiya üzrə hipotezlərin müəllifidir.
Onun 3 monoqrafiyası xaricdə — nüfuzlu nəşriyyatlarda (LAP Lambert Academic Publishing (Almaniya), İnternational Springer Publisher) nəşr edilmişdir:
Onun elmi işlərinə Rusiya, Gürcüstan, Türkiyə, Almaniya, İngiltərə, ABŞ, Çexiya, Rumıniya, Serbiya və s. ölkələrdə dissertasiya və məqalələrdə istinadlar olunmuşdur:
O, Maşın və Mexanizmlər üzrə Beynəlxalq Federasiyanın "Problems of Mechanics" (Journal of IFToMM — International Federation for the Promotion of Mechanism and Machine Science) və American Journal of Mechanical and Industrial Engineering (ABŞ) beynəlxalq elmi jurnallarının redaksiya heyətinin, həmçinin "Texnika" (Bakı) jurnalının redaksiya heyətinin üzvüdür.
Bir neçə xarici elmi jurnalların (Journal of Nanoengineering and Nanosystems, USA; Journal of Mechanical Engineering Science (impact factor: 0,730), UK və s.) rəyçisi (reviewer), beynəlxalq elmi konfransların təşkilat komitəsinin üzvü olmuşdur:
Akademik mübadilə çərçivəsində Prof. İhsan Doğramacının dəvəti ilə Türkiyənin Bilkənt Universitetində (03.07.1995–11.09.1995), DAAD (Alman Akademik Mübadilə Xidməti) xətti ilə Prof. Dr. Richard Markertin dəvəti ilə Almaniyanın Darmştadt Texniki Universitetində (15.10.2006–15.12.2006) və Prof. Dr. Wolfgang Seemann-ın dəvəti ilə Karlsruhe Universitetində (01.10.2009–30.11.2009), həmçinin Avropa Birliyinin Proqramları çərçivəsində dəfələrlə Avropanın (Kembric U., Karlsruhe U., Ştutqart U. və s.) və ABŞ-nin (Nyu York, Texas, Hyuston, Miçiqan və s.) aparıcı universitetlərində elmi ezamiyyətlərdə olmuşdur.
Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun 2011-ci il üçün 1-ci qrant müsabiqəsinin fizika-riyaziyyat və texnika elmləri üzrə qalib layihənin (EİF-2011–1(3)) elmi rəhbəri olmuş və fond tərəfindən onun "Mexanikadan izahlı lüğət (terminlər, teoremlər, qanunlar Azərbaycan, rus, ingilis, alman dillərində)" adlı kitabı nəşr olunmuş və yayılmışdır.
O, Avropa Birliyinin INTAS Proqramının (2006) qrant müsabiqəsində iştirak etmiş, Avropa Birliyinin 7-ci Cərcivə Proqramı (BS-ERA. NET Pilot Joint Call 2010/2011) hüdudlarında qalib gəlmiş Elmi Konsorsiumun (Almaniya, Türkiyə, Gürcüstan, Azərbaycan) rəhbəri (koordinatoru) olmuşdur:
"Qara Dəniz regionunda neft və qazın nəqli zamanı istifadə olunan maşın və mexanizmlərin etibarlılığı və möhkəmliyi" (RDMMOGT — Reliability and durability of machines and mechanisms used for oil and gas transportation in Black Sea Region) adlı Avropa Birliyinin Qafqaz ölkələri üzrə yeganə qalib layihənin (2012–2015) rəhbəri olmuşdur:
Avropa Birliyinin HORİZON2020 Tədqiqat və İnnovasiya Proqramının "Smart nəqliyyat" elmi istiqaməti üzrə milli koordinatoru (NCP-National Contact Point) olmuşdur:
O, 4 aprel 2017-ci ildə Kembric Universitetində (İngiltərə) keçirilən Avropa Birliyinin Horizon 2020 Proqramı üzrə prioritet istiqamərlərdən biri olan "Nanotexnologiyalar və mütərəqqi materiallar" (Nanotechnilogies and Advanced Materials) mövzusuna həsr olunmuş beynəlxalq konfransda (HORİZON2020 Brokerage Event) iştirak etmiş və ölkəmizi layiqincə təmsil etmişdir. Onun Kembricə ezamiyyətinin maliyyə xərcləri BSHorizon2020 Proqramı (EİF bu proqramın koordinatorudur) tərəfindən ödənilmişdir. Konfrans haqqında geniş məlumatla aşağıdakı linkdə tanış olmaq olar:
ABŞ Dövlət Departamentinin dəvəti ilə INTERNATIONAL VISITOR LEADERSHIP PROGRAM (İVLP) proqramı çərçivəsində o, 29 aprel — 11 may 2017-ci ildə ABŞ-nin New York, Nyu Cersi, Miçiqan və Texas ştatlarının aparıcı universitetləri ilə tanışlıq proqramında iştirak etmişdir.
O, 2010–2015-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın Ekspert Şurasının üzvü olmuşdur. AzTU-nun Nəqliyyat fakültəsinin Elmi Şurasının və Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin idarə heyətinin üzvüdür.
Beynəlxalq elmi fəaliyyəti (Avropa Birliyinin elmi layihələri) nəzərə alınaraq o, Kembric Universitetinin təsis etdiyi 2011-ci il üçün "Elmi nailiyyətlərə görə Beynəlxalq Eynşteyn Mükafatı"na (The International Einstein Award for Scientific Achievement) və "2011-ci il üçün 100 ən yaxşı mühəndis"(Top 100 Engineers 2011) diplomuna layiq görülmüşdür.
Onun qısa elmi-pedaqoji tərcümeyi-halı Beynəlxalq Kim-Kimdir Ensiklopediyasına (Who is Who in the World, New York, 2012, p. 144) və Azərbaycan Milli Ensiklopediyasına (2011, 3-cü cild, səh.49) daxil edilmişdir.
2001-ci ilin yekunlarına görə kütləvi informasiya vasitələrində ən yaxşı yazı üçün elan olunmuş "Qarabağ harayı" müsabiqəsinin "Qarabağ probleminin həlli yolları" nominasiyasının qalibi olmuşdur.
Yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında müəyyən xidmətləri vardır. Kafedrada fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə təhsil alan doktorantlara və magistrlərə elmi rəhbərlik edir. 2011-ci ildə Xəzər Universitetinin 20 illilk yubileyi münasibətilə yüksəkixtisaslı kadrların hazırlanması sahəsində uğurlu elmi-pedaqoji fəaliyyətinə görə fəxri fərmanla təltif edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli sərəncamına əsasən Azərbaycan Texniki Universitetinin 70 illiyi münasibətilə Azərbaycanda mühəndis kadrlarının hazırlanması və texniki elmlərin inkişafında xidmətlərinə görə ona "Əməkdar mühəndis" fəxri adı verilmişdir.
Hazırda AzTU-nun "Mexanika" kafedrasının müdiridir.
Kitabları Qədirov N. B., Baxşəliyev V. İ. Statika məsələlərinin həlli üçün metodik göstəriş. AzTU-nun nəşri, 1990, Bakı, 71s.
Qədirov N. B., Baxşəliyev V. İ. və b. Zərbə məsələlərinin həllinə aid metodik göstəriş. AzTU-nun nəşri, 1994, Bakı, 39s.
Бахшалиев В. И. Динамический анализ поршневых машин, Баку,"Elm",2001, 270с.
Nəsibov N. A., Bağərzadə R. L., Baxşəliyev V. İ., Fərəcov R. M. Nəzəri mexanikadan test yoxlamalarına hazırlıq üçün metodik göstəriş. AzTU-nun nəşri, 2006, Bakı, 32 s.
Nəsibov N. A., Bağırzadə R. L., Fərəcov R. M., Baxşəliyev V. İ., Həbibzadə S. M. Nəzəri mexanikadan test üsulu ilə yoxlama üzrə metodik vəsait. AzTU-nun nəşri, 2006, Bakı, 36 s.
Baxşəliyev V. İ. Nəzəri mexanikadan məsələ həlli. Bakı: "Nurlan", 2009, 222 s.
Bakhshaliev V. I. Mechanics of Piston Machines. Lambert Academic Publishing, Berlin, Germany, 2011, 320p.
https://www.morebooks.shop/store/gb/book/%D0%9C%D0%B5%D1%85%D0%B0%D0%BD%D0%B8%D0%BA%D0%B0-%D0%9F%D0%BE%D1%80%D1%88%D0%BD%D0%B5%D0%B2%D1%8B%D1%85-%D0%9C%D0%B0%D1%88%D0%B8%D0%BD/isbn/978-3-8433-2112-9
http://www.amazon.com/Mekhanika-Porshnevykh-Mashin-kontseptsii-Russian/dp/3843321124/ref=sr_1_1?
Baxşəliyev V. İ. Mexanikadan izahlı lüğət (terminlər, teoremlər, qanunlar Azərbaycan, rus, ingilis və alman dillərində). Bakı: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 2012.- 192 s.
http://sdf.gov.az/development/uploads/qrantlar_uzre_neshrler/2012_valeh_baxseliyev.pdf
Baxşəliyev V. İ. Nəzəri Mexanika: məsələ həlli ilə. Dərs vəsaiti, Bakı: "Elm" nəşriyyatı, 2012, 352 s.
Гурбанов Р. С., Ибрагимов И. Х., Бахшалиев В. И. Теоретическая и Прикладная Механика. Теория, задачи, примеры. Lambert Academic Publishing, Saarbruchen, Berlin, Germany, 2012, 569 pp.
https://www.morebooks.shop/store/gb/book/%D0%A2%D0%B5%D0%BE%D1%80%D0%B5%D1%82%D0%B8%D1%87%D0%B5%D1%81%D0%BA%D0%B0%D1%8F-%D0%B8-%D0%9F%D1%80%D0%B8%D0%BA%D0%BB%D0%B0%D0%B4%D0%BD%D0%B0%D1%8F-%D0%9C%D0%B5%D1%85%D0%B0%D0%BD%D0%B8%D0%BA%D0%B0/isbn/978-3-8454-3670-8
http://www.amazon.com/Teoreticheskaya-Prikladnaya-Mekhanika-
https://www.morebooks.de/store/gb/category/mechanics
https://www.morebooks.de/gb/p_978-3-8454-3670-8
Davitashvili N., Bakhshaliev V. Dynamics of Crank-Piston Mechanisms. Springer Publisher, 2016, 242 pp.
http://www.springer.com/us/book/9789811003226
http://link.springer.com/book/10.1007%2F978-98-10-0323-3
http://www.amazon.com/Dynamics-Crank-Piston-Mechanisms-Nodar-Davitashvili/dp/981100322X/ref=sr_1_1?ie=UTF8&qid=1452868937&sr=8-1&keywords=valeh+bakhshaliev
Baxşəliyev V. Tətbiqi mexanika: Nəzəri mexanika və materiallar müqaviməti. Dərs vəsaiti, Bakı, "Elm və təhsil", 2017,452 s.
Qədirov N. B., Baxşəliyev V. İ. Statika məsələlərinin həlli üçün metodik göstəriş. AzTU-nun nəşri, 1990, Bakı, 71s. Qədirov N. B., Baxşəliyev V. İ. və b. Zərbə məsələlərinin həllinə aid metodik göstəriş. AzTU-nun nəşri, 1994, Bakı, 39s. Бахшалиев В. И. Динамический анализ поршневых машин, Баку, "Elm", 2001, 270 с. http://www.kitab.az/cgi-bin/catlib2/search.cgi?lang=az&intopi Nəsibov N. A.., Bağərzadə R. L., Baxşəliyev V. İ., Fərəcov R. M. Nəzəri mexanikadan test yoxlamalarına hazırlıq üçün metodik göstəriş. AzTU-nun nəşri, 2006, Bakı, 32 s. Nəsibov N. A.., Bağərzadə R. L., Fərəcov R. M., Baxşəliyev V. İ., Həbibzadə S. M. Nəzəri mexanikadan test üsulu ilə yoxlama üzrə metodik vəsait. AzTU-nun nəşri, 2006, Bakı, 36 s. Baxşəliyev V. İ.. Nəzəri mexanikadan məsələ həlli. Bakı: "Nurlan", 2009, 222 s. Bakhshaliev V. I. Mechanics of Piston Machines. Lambert Academic Publishing, Berlin, Germany, 2011, 320p. https://www.morebooks.de/store/gb/book/%D0%9C%D0%B5%D1%85%D0%B0%D0%BD%D0%B8%D0%BA%D0%B0-%D0%9F%D0%BE%D1%80%D1%88%D0%BD%D0%B5%D0%B2%D1%8B%D1%85-%D0%9C%D0%B0%D1%88%D0%B8%D0%BD/isbn/978-3-8433-2112-9 Baxşəliyev V. İ. Mexanikadan izahlı lüğət. (terminlər, teoremlər, qanunlar Azərbaycan, rus, ingilis və alman dillərində). Bakı: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 2012.-192 s. Baxşəliyev V. İ. Nəzəri Mexanika: məsələ həlli ilə. Dərs vəsaiti, Bakı: "Elm" nəşriyyatı, 2012, 352 s. Гурбанов Р. С., Ибрагимов И. Х., Бахшалиев В. И. Теоретическая и Прикладная Механика. Теория задачи, примеры. Lambert Academic Publishing, Saarbruchen, Berlin, Germany, 2012, 569 pp. https://www.morebooks.de/store/gb/category/mechanics,-acoustics/68/5/ru/15_by_title_ASC