Füzuli Hacıyev () — Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı (1995–2002), Lerik Rayon İcra Hakimiyyətinin başçısı (2002–2007), tarix elmləri üzrə fəlsəfə doktoru.

Həyatı Füzuli Mirzə oğlu Hacıyev 1956-cı il aprelin 4-də Siyəzən şəhərində anadan olmuşdur. 1973-cü ildə Siyəzən şəhər 2 saylı orta məktəbini, 1977-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini, daha sonra isə aspiranturanı bitirmişdir.

1977–1992-ci illərdə Dəvəçi və Siyəzən rayonlarında orta məktəblərdə tarix müəllimi işləmişdir.

1992-ci ildə Dəvəçi Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, 1992–1995-ci illərdə Siyəzən Rayon Xalq Deputatları Sovetinin sədri, 1995–2002-ci illərdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2007-ci illərdə isə Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

1990–1995-ci illərdə Şabran (Dəvəçi) Rayon Xalq Deputatları Sovetinin və Siyəzən Rayon Xalq Deputatları Sovetinin deputatı olmuşdur.

2007-ci ilin aprel ayında SOCAR Eİ ekoloji təbliğat və sosial məsələlər şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdurARDNŞ-də ekoloji təbliğat və maarifləndirmə tədbirlərinə diqqət artırılır. .

2000-ci ildə "XVIII-XIX əsrin birinci otuzilliyində Azərbaycan — Dağıstan münasibətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.

Yeni Azərbaycan Partiyasının üzvü, bir kitabın (ali məktəblər üçün dərslik) müəllifidir. "Respublikanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri Fərmanına və "Ən yaxşı əyalət məmuru" nominasiyası üzrə mükafata layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Ailəlidir üç qızı, bir oğlu var.

İstinadlar

Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər Kateqoriya:Siyəzən Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Lerik Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Azərbaycanın yerli icra hakimiyyəti orqanlarının başçılarının müavinləri Kateqoriya:Dəvəçi Rayon Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Siyəzən Rayon Xalq Deputatları Sovetinin deputatları