Kürkün — Azərbaycan Respublikasının Quba rayonunun Alpan kənd inzibati ərazi dairəsində kənd. Alpan bələdiyyəsinin tərkibindədir.
Tarixi Kürkün kəndi nəinki Qubanın, həm də Azərbaycanın ən qədim kəndlərindəndir. Tarixi Qafqaz Albaniyasına gedib çıxan Kürkün Qorqan, Qorkan və Kyurkan adlarından yaranma ehtimalı var. Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Kürkün kəndinin indiki əhalisi azərbaycanlılar və əslən Dağıstanın Miskincə rayonundan gəlmiş Cənubi azərbaycanlılardır. Ehtimal olunur ki Miskincə rayonuna Cənubi Azərbaycanın Meşgin şəhərindən gəlmişlər. Onların Azərbaycanda yerləşməsindən 150–200 il ötsə də burada qədim qəbristanlıqların və tarixi məlum olmayan başdaşılarından da onun tarixi haqqında dəqiq məlumat almaq olmur.
Toponimikası Kürkün oyk., sadə. Qusar maili düzənliyindədir. Tədqiqatçıların fikrincə, oykonim ləzgi dilindəki kürkün sözündən olub, "yüksəkliyin yamacı" mənasını bildirir. Yaşayış məntəqəsi təbiicoğrafi mövqeyinə görə belə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Coğrafiyası və iqlimi Təbiət baxımdan zəngin olan havası isə çox gözəl və ekoloji baxımdan təmiz olan Kürkün kəndi Azərbaycanın ən səfalı guşələrindən biridir.
Mədəniyyəti Kənddə 100-dən artıq ev vardır. Kəndin yeni tikilmiş məscidi, həmçinin kənd stadionu mövcuddur. Kürkün kəndindən Rusiya Federasiyasında da (Surqutda) Kürkünlülər yaşayır. Kürkün kəndi Qubanın Uzunmeşə, Alpan və Qusarın Xuray, Qayakənd kəndləri ilə sərhəddir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 349 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Quba rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri