() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Vətəni Şərqi Asiya və Hindistandır.

Botaniki xarakteristikası Hündürlüyü 4–6 m olan, tikanlı, dağınıq budaqlı, həmişəyaşıl və ya yarım həmişəyaşıl koldur. Yarpaqları növbəli, neştərvaridir, uzunluğu 2–5 sm, kənarları dişli, çılpaq, üstü parlaq yaşıl rəngli, qısa saplaqlıdır. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri ağ rənglidir, mürəkkəb qalxanvari çiçək qrupunda yerləşir. Meyvələri xırda, alma şəkilli, qırmızı və ya narıncı rənglidir, oktyabr-noyabr aylarında yetişir. Toxumla çoxaldılır. Bitkini budadıqda müxtəlif forma vermək olur.

Ekologiyası Quraqlığa, istiyə, soyğa davamlı bitkidir. Torpağa tələbkar deyildir.

Azərbaycanda yayılması Böyük Qafqazda təbii halda rast gəlinir.

İstifadəsi Tək, qrup halında, canlı çəpərlərin salınmasında çox effektlidir. Xüsusilə payızda narıncı-qırmızı meyvələrlə örtüldükdə çox dekorativ olur.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Çin florası Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Myanma florası Kateqoriya:Tibet florası