() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Çin, Yaponiya və Tayvanda geniş yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 5 m, çətrinin diametri 3 m olan ağacdır. Çətiri kürəvi və ya yumurtavari formada olur. Budaqlarında nazik tikanlar yerləşir. Yarpaqların kənarı tam, yumurtavaridir, üstü çılpaq, parlaqdır. Çiçəkləri ağ rənglidir, sıx, çətirvari çiçək qrupuna toplanmışdır. Kasa yarpaqcıqları və ləçəkləri 5-dir. Yumurtalıq 1–5 meyvə yarpaqcığından əmələ gəlmişdir. 1–2, az-az hallarda 3–5 yuvalıdır. Çiçək yatağı bir qədər qapalı və meyvə yarapqcıqlarına bitişikdir. Meyvəsi iri olub, qırmızı rənglidir. Toxumla çoxaldılır. Aprel ayında çiçəkləyir, toxumları sentyabr ayında yetişir.

Ekologiyası Şaxtaya və quraqlığa davamlıdır.

Azərbaycanda yayılması Respublikanın bəzi bölgələrində mədəni şəraitdə becərilir.

İstifadəsi Park və bağlarda yaşıllaşdırmada istifadəsi mümkündür. Ballı bitkidir. Meyvələri ətlidir, dadı xoşagələndir, kisel, kompot hazırlanır, qurudulub-döyülmüşündən isə şirin çörək bişirilməsində istifadə edilir. Həmçinin meyvələrindən qəhvə surroqatı, cavan yarpaqlarından xoş təmli və yorğunluğu çıxaran çay içkisi hazırlanır. Qabığı, yarpağı və zoğlarından boyaq kimi də istifadə edilir.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:1843-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Çin florası