() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Çinin qərbində, Avropada təbii halda bitir.

Botaniki xarakteristikası Hündürlüyü 5 m-əqədər, sallaq budaqlı, həmişəyaşıl koldur. Yarpaqları neştərvari-ellipsvari və ya uzunsov-ellipsvaridir, ucu itidir, uzunluğu 3-8 sm, eni isə 2 sm-dir. Üst səthi tünd yaşıl rəngli, qırışlıdır. 30-100 ədəd ağ rəngli çiçəkləri, diametri 3-5 sm olan qalxanvari çiçək qrupunda yerləşir. Vegetasiyası aprel ayından başlayaraq oktyabr ayına qədər davam edir. May ayında çiçəkləyir, meyvəsi sentyabrda yetişir və şaxtalara qədər kolun üzərində qalır. Meyvələri yumru formalı, alqırmızı rəngli, 0,5 sm uzunluqda olub, 2-3 toxumludur. Qeyd olunan növün sürünən söyüdyarpaq dovşanalması (Cotoneaster salicifolius f.repens) forması da məlumdur. Bu hündürlüyü 70 sm, çətrinin diametri 240 sm olan sürünən koldur.

Ekologiyası Şaxtaya, quraqlığa davamlıdır.

Azərbaycanda yayılması Böyük Qafqazda təbii halda rast gəlinir.

İstifadəsi Bağ və parklarda, yaşıllaşdırmada istifadə üçün yararlıdır.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:1885-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Çin florası