Elman Eldaroğlu (tam adı: Elman Eldar oğlu Mustafayev) — jurnalist, naşir, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı Elman Eldar oğlu Mustafayev 11 yanvar 1966-cı ildə Sumqayıt şəhərində anadan olub.
"Alın yazısı", "Bir yarpaq ömrü" şeir, "Bir elin övladları", "Ömrün Yardımlı döngəsi" publisistik kitabların və 20-dən çox maarifləndirici kitabçanın müəllifidir. Azərbaycan Jurnalistlər Birliyinin, eləcə də Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür.
19 noyabr vertolyot qəzasında həlak olmuş Vəli Məmmədov haqqında "Millətin Vəlisi", kimyaçı alim Nərçə Bəhmən oğlu Ağayev haqqında "Odlu həyat", tanınmış el ağsaqqalı Baxas Qubadov haqqında *Söz və əməl sahibi* sənədli filmlərinin təşkilatçısı və quruluşçu rejissorudur.
2015-2020- ci illərdə ABŞ-da yaşayıb...
Kitabları "Alın yazısı", "Bir yarpaq ömrü", "Bir elin övladları" "Ömrün Yardımlı döngəsi"
Xarici keçidlər Yardımlı Xeyriyye Cemiyyeti "Söz və əməl sahibi"
Vəli Məmmədov haqqında film- https://www.youtube.com/watch?v=a6mgq0iXrEI
Mərhum kimyaçı alim Nərçə Ağayev haqqında film və təqdimat- https://www.youtube.com/watch?v=fCuX0kiDS-w Kateqoriya:Yardımlıda doğulanlar Kateqoriya:Azərbaycan Jurnalistlər Birliyinin üzvləri