Səlimbəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.

Soyun yaranması

Bu soy Bakı şəhərində yaranıb. Soyun ulu babası Mirzə Səlim bəydir. Onun törəmələri sonralar Səlimbəyov soyadını qəbul etdilər.

Rəcəb bəy Mirzəsəlimbəyov-oğlanları: - Məmmədnağı bəy, Məmmədrza bəy, Məmmədrəsul bəy, Məmmədrza bəyin oğlu - Abutalıb bəy; Mirzə Əsgər bəy Mirzə Səlimbəyov.

Ağa Məmməd bəy Mirzəsəlimbəyov - oğlanları Abdulla bəy, Hüseyn bəy, Məmməd bəy, Abasqulu bəy, Mirzəməmməd bəy.

Əbdürrəhim bəy Mirzəsəlimbəyov-oğlanları:Abdulla bəy, Əsədulla bəy, Hüseynbala bəy, İbadulla bəy, Əlabbas bəy.

Soyun məşhur nümayəndələri

Əbülfəz bəy Vahab oğlu Səlimbəyov Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun podporuçiki. 18 noyabr 1897-ci ildə Bakıda meşşan ailəsində anadan olmuşdu. Bakıda Ali ibtidai məktəbi və 1920-ci il aprelin iyirmi dördündə Azərbaycan Hərbiyyə məktəbini bitirmişdir. ADR ordusunun zabiti idi.

Cəfər Səlimbəyov — Dövlət xadimi, "Azdövsutəslayihə" institutunun (III) direktoru. Məmmədəli bəy Səlimbəyov — Nicat cəmiyyətinin sədri, həkim.

Mənbə Ənvər Çingizoğlu, Səlimbəyovlar haqqında, "Soy" dərgisi, 2 (34), 2010. ARDTA; f. 10, siy.1, iş 80, vər. 505-513.

Həmçinin bax Bakı

Xarici keçidlər

Kateqoriya:Azərbaycan bəy soyları