() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Aralıq dənizindən Qafqaza və Şimali İrana qədər olan sahillərdə və dağlarda yayılmışdır.
Botaniki xarakteristikası Hündürlüyü 10 m-ə qədər olan boz-qonur qabıqlı kol və ya ağacdır. Yarpaqları iynəli, ucu biz, tikanlı, üstü hamar, qırışlıdır, yarpaqlarında 2 ağ xətti var, kənar və mərkəzi damarcıqları aydın görübür. Çiçəkləri ikievlidir. Qozaları tək, oturaqdır, qırmızı-qonur, parlaqdır, yumru-yumurtavarı formalı olub, 3-6 qabıqlı, əsasən 3 toxumludur. İkinci il yetişir. Toxumla çoxaldılır.
İstisevəndir, quraqlığadavamlıdır. Verilmiş formanı uzun müddət saxlayır. Dekorativ bitki kimi J.oxycedrus var. Rufescens. hündür şaxələnmiş koldur. Budaqları enli, coddur. İynələri möhkəm, çox vaxt əyilmiş, bir-birindən aralı, uzunluğu 16 mm və eni 1–2 mm-dir, ucu biz, tikanlıdır. Meyvələrin qalınlığı 6–8 mm, rəngi parlaq, qırmızıdır.
Azərbaycanda yayılması Azərbaycanda Naxçıvan MR-in Ordubad rayonunda dağlarda təbii halda bitir.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Asiya florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:İtaliya florası