Hafiz Hacxalıl (Hafiz Ziyatxan oğlu Təmirov; ) — Azərbaycan şairi. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.Qərbi Azərbaycan (indiki Ermənistan). Yazarlar. I kitab. Bakı, "Elm və təhsil", 2016, səh.179

Həyatı 1981-ci ildə qədim oğuz-türk yurdu olan indiki Ermənistanın İlməzli kəndində doğulub. Bakı şəhərində yaşayır. Ziyadxan, Turan və Dəniz adlı üç övladı var.

Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Bakı Dövlət Unuversitetini bitirib.

Yaradıcılığı "Sevgi dolu ürəyəm", "Gözləmə nə vaxtsa qayıtmağımı", "Atillaya məktub","Dərdimdən ölən dərdlərim", "İşıq", "Sevgi də bir vətəndir", "Xatirən var" "Arzu ömrü uzatmır" adlı şeir kitablarının müəllifidir.

Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Hal-hazırdakı fəaliyyəti Hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, "Polis" qəzetinin redaktoru, polis polkovnikidir. Dövri mətbuatda şeir və məqalələrlə çıxış edir.

İstinadlar

Mənbə HAFİZ HACXALİL TƏRCÜMEYİ HALI

Kateqoriya:Loru mahalında doğulanlar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Ermənistandan deportasiya olunmuş azərbaycanlılar