Cərəcur nekropolu — Culfa rayonunun Gal kəndindən şərqdə orta əsrlərə aid arxeoloji abidə.
Torpaqda qazılan müsəlman qəbirləri qərbi-şərq istiqamətində yönəlmişdir. Bəzi qəbirlərin üzərinə sənduqə tipli sinə daşları, bəzilərinə isə daş qoç fiqurları qoyulmuşdur. Qoçlardan ikisinin üzərində ərəb əlifbası ilə yazı olmuşdur. Nekropol XIV–XVIII əsrlərə aid edilir.
Mənbə Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.61.
Kateqoriya:Culfa rayonunun nekropolları