Məmmədzəki Dursunzadə () — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Həyatı Məmmədtağı Dursunzadə 1890-cı ilin 17 oktyabrında Axalsıx qəzasının Azğur kəndində anadan olmuş, Müəllimlər institutunun hüquq fakültəsini bitirmişdir. Parlamentin 1 sentyabr 1919-cu il tarixli qərarına əsasən 1920–1925-ci illərdə təhsilini tarix-filologiya sahəsində davam etdirmək üçün İstanbul Universitetinə göndərilmişdi. Sonradan təhsilini öz hesabına davam etdirmiş, Türkiyədən Almaniyaya getmişdir. Təhsilini başa vurduqdan sonra Bakıya qayıtmış, qadın müəllimlər seminariyasında və yer quruluşu texnikumunda müəllimlik etmişdir.
Almaniyada hüquq fakültǝsini bitirib.
Ailəsi Afət adlı qızı olmuşdur.
Repressiya qurbanı 1937-ci ilin 28 yanvarında doğma kəndinə getmiş, orada həbs olunaraq güllələnmişdir.
Xarici keçidlər "Студенты Республики" Hüseyn Cavidin qızı ailəsi ilə bağlı müsahibəsində bir çox mətləblərdən danışıb – Çox maraqlıdır + MÜSAHİBƏ
Mənbə ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ. HUMANİTAR ELMLƏR SERİYASI/THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY. HUMANITIES SERIES/НАУЧНЫЕ И ПЕДАГОГИЧЕСКИЕ ИЗВЕСТИЯ УНИВЕРСИТЕТА ОДЛАР ЮРДУ.СЕРИЯ ГУМАНИТАРНЫХ НАУК; ISSN 1682–9123, № 38; Bakı, 2013 Vazeh Asgarov. L’immigration des Azerbaïdjanais en France : histoire et perspectives. Histoire. Université de Strasbourg, 2012. Français.
Mənbə İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Sovet repressiyasına uğramış cümhuriyyət tələbələri Kateqoriya:Repressiya qurbanları