() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Qısa morfoloji təsviri Çoxillikdir. Gövdəsi düz və ya qalxan, hündürlüyü 10-45 sm, aşağısı oduncaqlı, sadə və ya az budaqlanan, yumşaqtüklü, cox vaxt qırmızımtıl olan bitkidir. Yarpaqları qısa saplaqlı, uzunsov yumurtavari və ya elliptik, qıraqları yarımdairəvari dişlidişli, üstdən əlvan yaşıl, altdan solğun, hər iki tərəfdən aztüklüdür. Köbələri 2-6 çiçəklidir, gövdənin və budaqların təpəsində birləşərək salxımvari çiçəkqrupu əmələ gətirir. Kasacığı zınqırovvari, qırmızımtıl, bəzən al qırmızı, bir qədər tüklüdür. Tacı 10–15 mm uzunluqda, fırfır rəngli, xaricdən sıx tüklüdür. Fındıqcaları 1,5 mm uzunluqda, hamar və ya azacıq qırışlıdır.
Yayılması BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında aşağı dağ qurşağından subalp qurşağına kimi yayılmışdır. Qayalı, daşlı, gilli yamaclarda, meşələrdə, kolluqlarda, dağ çəmənlərində, bağlarda bitir.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ bağ bitkiləri Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Avropa florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Dərman bitkiləri Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları