Dino De Laurentis () — İtalyan əsilli məşhur amerikalı prodüser

Həyatı Dino De Laurentis İtaliyada yaşadığı müddətdə "Yol", "Cadugər", "Ağılsız Pyero", "Vaterloo", "İtalyanların Rusiyada ağlasığmaz macəraları" filmlərinin prodüseri olub. Prodüser 1970-ci illərdə Amerikaya gəlib. O, ABŞ-də Barbar Konan, Hellovin 3: İfritələrin vaxtı, Konan Dağıdıcı, Qaranlığın ordusu və bir çox məşhur filmlərə prodüserlik etmişdir.

O, 1996-cı ildə İtaliya Respublikası qarşısındakı xidmətlərinə görə "Böyük Xaç Ordeni" ilə təltif olunub. 2001-ci ildə "Oskar" mükafatı alıb.

2010-cu ilin noyabr ayının 10-da 91 yaşlı prodüser Los-Ancelesdə vəfat edir.

Filmoqrafiya Avropa 51 / Europe'51 Yol (film, 1954) / La Strada Hərb və sülh (film, 1956) / War and Peace Kabiriyanın gecələri (film, 1957) / Le notti di Cabiria İtalyanların Rusiyada ağlasığmaz macəraları (film, 1973) / Una matta, matta, matta corsa in Russia İstinadlar

Mənbə Məşhur prodüser öldü

Kateqoriya:Prodüserlər Kateqoriya:Oskar mükafatı laureatları Kateqoriya:İtaliya kinoprodüserləri Kateqoriya:İtaliyadan ABŞ-yə mühacirət edənlər