oma -qalça oynağının bərabərliyində daxili və xarici qalça venalarının () birləşməsindən əmələ gəlir. Sağ tərəfdəki sağ ümumi qalça arteriyasının arxa və bayır tərəfilə yuxarı və sola doğru, sol tərəfdəki isə özünə uyğun arteriyanın əvvəlcə içəri kənarilə, sonra sağ ümumi qalça arteriyasının dalı ilə yuxarı və sağa doğru gedərək dördüncü bel fəqərəsinin aşağı kənarı bərabərliyində, qarın aortasının sağ tərəfində bir-birilə birləşirlər və nəticədə aşağı boş venanı əmələ gətirirlər. Sağ ümumi qalça venasının istiqaməti bir az düzdür, sol ümumi qalça venasının istiqaməti isə sağa nisbətən çəpdir və özü də uzundur. Sol ümumi qalça venası öndə sağ ümumi qalça arteriyası ilə çarpazlaşdığı üçün qanın cərəyanı burada sağa nisbətən çətin olur, odur ki, sol aşağı ətraf venalarında bəzi iltihabi proseslərə və ya onların genəlməsinədaha çox təsadüf olunur. Bəzən sol ümumi qalça venası orta oma venasını () qəbul edir.
Təsvirlər
Mənbə 50 px|left Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
Xarici keçidlər Henry Gray (1918), Anatomy of the Human Body, pp. 677, retrieved 2008–06-15 "The Veins of the Lower Extremity, Abdomen, and Pelvis" (ing.)
Həmçinin bax Yuxarı boş vena Aşağı boş vena Ağciyər venaları Göbək venası Qapı venası
Kateqoriya:Venalar Kateqoriya:Aşağı boş vena sistemi Kateqoriya:Angiologiya Kateqoriya:Damarlar