Aşağı boş vena ABV () — dördüncü bel fəqərəsinin aşağı kənarı bərabərliyində sağ və sol ümumi qalça venalarının () birləşməsindən əmələ gəlir; onurğanın ön səthi ilə qarın aortasının sağ tərəfilə yuxarı və bir az sağa doğru gedərək, qaraciyərin arxa səthinə çatarkən aortadan uzaqlaşır və diafraqmanın vətər mərkəzində olan aşağı boş vena dəliyindən döş boşluğuna daxil olan kimi ürək kisəsini dəlib, sağ qulaqcığaaçılır. Aşağıda bel əzələsinin içəri kənarında, bir az yuxarıda ön səthində və diafraqmaya çatarkən onun bel hissəsinin ön səthində yerləşir. ABV ekstraperitoneal (peritondan xaric) üzvlərdən olub, ön tərəfdə yuxarıdan aşağıya doğru növbə ilə, qaraciyər ilə, onikibarmaq bağırsağın enən hissəsilə, pankreas başı ilə, nazik bağırsaq müsariqəsilə əhatə olunmuşdur. Bunlardan başqa ABV öndə çəp istiqamətdə sağ xaya arteriyası ilə və arxada üfüqi istiqamətdə sağ böyrək arteriyası ilə çarpazlaşır.
Qəbul etdiyi venalar ABV qarın aortasının cüt şaxələrinə uyğun venaları və qaraciyər venalarını qəbul edir.
Təsvirlər
İstinadlar
Mənbələr Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
Xarici keçidlər "Posterior Abdominal Wall: Tributaries to the Inferior Vena Cava" SUNY Anatomy Image
Həmçinin bax Yuxarı boş vena Ağciyər venaları Göbək venası Qapı venası Ümumi qalça venası
Kateqoriya:İnsan anatomiyası Kateqoriya:Ürək-damar sistemi Kateqoriya:Venalar Kateqoriya:Aşağı boş vena sistemi Kateqoriya:Damarlar