thumb| Garrulus glandarius

() — cinsinə aid heyvan növü.

Bədəninin uzunluğu 34 sm, kütləsi 160 q-dək olur. Lələkləri yumşaqdır. Rəngi qırmızımtıl-boz, quyruğu qaradır. Qanadının üzərində qara xallı mavi ləkə, başında qara ləkəli kəkili var. Avropada, Asiyada və Şimal-Qərbi Afrikada yayılmışdır. , Azərbaycanda Qafqaz meşələrində rast gəlinir. Payızda və qışda köçür. Ağacda düzəltdiyi yuvaya 5—7 ala-bəzək yumurta qoyur. 16—17 gün kürt yatır. Toxum, giləmeyvə, palıd qozası və cücülərlə qidalanır. Palıd qozasını qış üçün ehtiyat yığır. Ziyanverici cücüləri məhv etməklə fayda, xırda quşların yuvasını dağıtmaqla isə zərər verir.

İstinadlar

Urmiya gölü

Kateqoriya:Azərbaycan quşları Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Afrika faunası Kateqoriya:Sinantrop növlər Kateqoriya:Afrika quşları Kateqoriya:Avrasiya quşları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar