Birləşmə () — Amerika istehsalı olan, elmi fantastika janrında çəkilmiş qorxu filmi.

Məzmun Klayv və Elsa dünyaca məşhur iki alimdir. Onlar əsasən fərqli canlıların DNT-lərini birləşdirərək hibrid varlıqlar yaratmaqla məşğuldurlar. Bu alimlər artıq daha fərqli bir yenilik etmək istəyirlər — insan DNT-sini kopyalamaq. Lakin bu işə pul qoyanlar insan DNT-sinin qarışdırılmağına qarşı çıxırlar. Buna baxmayaraq, Klayv və Elsa öz layihələrini gizli davam etdirirlər və nəticədə Dren yaranır. Dren normal insanlardan daha tez böyüyür və bir neçə aya yetişgin insan olur. Klayv və Elsa insan və heyvan hibridi olan Dreni ətrafdan gizlətməyə çalışırlar. Vaxt keçdikcə Dren ilə Klayv və Elsa arasında artıq bir bağlılıq yaranır. Bu yarı insan, yarı heyvan varlıq Klayv və Elsaya həyatlarının ən böyük kabusunu yaşadır.

Rollarda Adrien Brodi / Klayv Sara Polli / Elsa Delfin Çaner / Dren Devid Hevlett / Uilyam Barlou Abigel Çusu / Gənc Dren Brandon MakGibon Gavin Nicoli

DVD Filmin DVD diski Birləşmiş Ştatlarda 5 oktyabr 2010-cu ildə, İngiltərədə isə 29 noyabr 2010-cu ildə satışa çıxarıldı.

Gəlir 30 milyon dollara başa gələn film ümumulikdə 26 milyon dollardan çox gəlir qazana bilib.

Kateqoriya:Kanada filmləri Kateqoriya:Fransa filmləri Kateqoriya:2010-cu ilin ABŞ filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:2010-cu ilin filmləri Kateqoriya:Warner Bros. Kateqoriya:2010-cu ilin Fransa filmləri Kateqoriya:2010-cu ilin Kanada filmləri Kateqoriya:LGBT mövzulu Fransa filmləri Kateqoriya:2009-cu ilin ABŞ filmləri Kateqoriya:Fransanın elmi fantastika qorxu filmləri Kateqoriya:Hadisələrin fermada cərəyan etdiyi filmlər Kateqoriya:Biopank filmlər Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:İngiliscə Fransa filmləri Kateqoriya:İngiliscə Kanada filmləri Kateqoriya:2009-cu ilin dram filmləri Kateqoriya:Transgenderlik haqqında filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:2000-ci illərin hamiləlik haqqında filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:ABŞ-nin elmi fantastika filmləri Kateqoriya:2009-cu ilin LGBT filmləri Kateqoriya:İngilis dilində elmi-fantastika qorxu filmləri Kateqoriya:Alimlər haqqında filmlər Kateqoriya:Zorlama haqqında filmlər Kateqoriya:Uydurma insan hibridləri Kateqoriya:Genetik mühəndisliyi haqqında filmlər Kateqoriya:2000-ci illərin bədheybət filmləri Kateqoriya:Kanadanın dram filmləri