Sadıq Hüseynov () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı 29 avqust 1961-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində doğulmuşdur. 1968–1978-ci illərdə burada orta məktəbdə oxumuşdur. 1980-cı ildə ordu sıralarına çağırılmışdır. 1989-cu ildə DİN-nin sərəncamı ilə Şuşa şəhərində sahə müvəkkili olaraq işə başlayır.
Döyüşlərdə iştirakı Ermənilərin azğınlaşmış silahlı dəstələri Azərbaycan torpaqlarını işğal etdikləri vaxtlarda digər polis əməkdaşları kimi o da, döyüşlərə girirdi. 29 mart 1992-ci il o döyüşlərdən birində ağır yaralanır buna baxmayaraq silahı yerə qoymurdu. 13 aprel 1992-ci il erməni faşistlərinin silahlı dəstələri Şuşanı ağır raket atəşinə tutmuşdular. Sadıq döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak oldu.
Ailəsi Ailəli idi, bir övladı yadigar qalıb.
Xatirəsi Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Hüseynov Sadıq Dayandur oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Ağcabədi rayonunun Xocavənd kəndində dəfn edilmişdir.
Xocavənd kənd orta məktəbinə onun adı verilmişdir.
Həmçinin bax Birinci Qarabağ müharibəsi Erməni terrorizmi Azərbaycanlıların Soyqırımı Günü
Mənbə Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 126.
İstinadlar
Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Ağcabədidə doğulanlar Kateqoriya:Şuşada vəfat edənlər Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları