Çingiz Babayev () — Azərbaycanın Milli Qəhrəmanı, 1995-ci il Bakı metrosu yanğını zamanı şəhid olub.
Həyatı 2 oktyabr 1964-cü ildə Bakı şəhərində dünyaya göz açmışdır. Əslən Naxçıvandandır. O Yasamal rayonu 20 saylı məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İstitutuna daxil olmuşdur. 1992-ci ildə Əhalinin Əmək və Məşğulluq Mərkəzində aparıcı mütəxəssis olan Çingiz Babayev könüllü olaraq Milli Ordu sıralarına daxil olur. O "N" saylı hərbi hissədə qərərgah rəisi vəzifəsində çalışıb.
Vəfatı 28 oktyabr 1995-ci ildə Bakı metrosunda Ulduz və Nəriman Nərimanov stansiyaları arasında hərəkət edən qatarda yanğın baş verdi. Çingiz də həmin qatarın sərnişinləri arasında idi. Hadisə zamanı o, digər sərnişinlərin təxliyəsinə kömək etmiş və bir sıra insanların qatardan çıxmasına yardım göstərmişdir. Çingiz xilasetmə zamanı həyatını itirmişdir.
Ailəsi Subay idi.
Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 5 noyabr 1996-cı il tarixli 506 saylı fərmanı ilə Babayev Çingiz Adil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakının Yasamal rayonu ərazisində ki, qəbiristanlıqda dəfn edilmişdir. Onun şərəfinə Ulduz metrostansiyasında abidə kompleksi ucadılmışdır.
İstinadlar
Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 45–46.
Xarici keçidlər Babayev Çingiz Çingiz Babayev
Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:1964-cü ildə doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Yanğından ölənlər Kateqoriya:"Şah İsmayıl Xətai" fəxri fərmanı ilə təltif edilənlər