Mari Kiviniyemi — Finlandiyanın baş naziri

Həyatı

Mari Kiviniyemi 1968-ci ildə doğulub. Fermer qızı olan Kiviniyemi ixtisasca politoloqdur. 1995-ci ildən o, Finlandiya Mərkəzi Partiyasından ölkə parlamentinin üzvüdür.

2010-cu ilin 22 iyun tarixində 115 deputatın dəstəyini alan Mari Kiviniyemi Finlandiya hökumətinin başçısı postuna təsdiqlənib. Kiviniyemi Finlandiyanın tarixində ikinci qadın baş nazirdir.

Mənbə

Finlandiyanın baş naziri qadın oldu

Kateqoriya:Finlandiya baş nazirləri Kateqoriya:XXI əsr siyasətçiləri