Məmməd Bahəddin oğlu Əhmədzadə () — Azərbaycanlı diplomat. Azərbaycanın Niderlandda fövqəladə və səlahiyyətli səfiri (20 dekabr 2024-cü ildən).
Fəaliyyəti Məmməd Əhmədzadə 1976-cı il 4 oktyabrda Bakı şəhərində anadan olub.
Məmməd Əhmədzadə, Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2010-cu il tarixli sərəncamı ilə Azərbaycanın Argentinada olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Daha sonra Məmməd Əhmədzadə, Azərbaycan Prezidenti İlham Əliyevin 15 mart 2011-ci il tarixli sərəncamı ilə Azərbaycanın Paraqvayda olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Bir müddət sonra isə Məmməd Əhmədzadə, Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2011-ci il tarixli sərəncamı ilə Azərbaycanın Boliviyada, Uruqvayda və Çilidə olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
2016-cı il noyabrın 25-də isə Məmməd Əhmədzadə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə fövqəladə və səlahiyyətli səfir təyin edildiyi bütün 5 dövlətdən geri çağırıldı.
Məmməd Əhmədzadə, Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın İtaliyada olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Daha sonra Məmməd Əhmədzadə, Azərbaycan Prezidenti İlham Əliyevin 2 may 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Maltada və San-Marinoda olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi (2016–2022).
2024-cü il dekabrın 20-də Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
İstinadlar
Xarici keçidlər Məmməd Əhmədzadə (Arxivləşdirilib)
Kateqoriya:Azərbaycanın Argentinadakı səfirləri Kateqoriya:Azərbaycanın Boliviyadakı səfirləri Kateqoriya:Azərbaycanın Uruqvaydakı səfirləri Kateqoriya:Azərbaycanın Çilidəki səfirləri Kateqoriya:Azərbaycanın İtaliyadakı səfirləri Kateqoriya:Azərbaycanın Maltadakı səfirləri Kateqoriya:Azərbaycanın San-Marinodakı səfirləri Kateqoriya:Azərbaycanın Niderlanddakı səfirləri