Məhəmməd ibn Əli ət-Təqi (; İmam Cavad, İmam Təqi; ) — On iki imam şiəliyinin doqquzuncu imamı.
Həyatı Atası On iki imam şiələrinin imamı olan Əli ibn Musa ər-Rzadır. Məhəmməd Cavadın künyəsi "Əbu Cəfər", məşhur ləqəbləri "Təqi" və "Cavad"dır. Hicri 195-ci ilin ramazan ayında Mədinə şəhərində dünyaya göz açmışdır.Kuleyni, Usuli-kafi, c.1, səh.492Şeyx Müfid, Əl-İrşad, c.2, səh.273 Təbərsi, İlamul-Vəra, c.2, səh.91 İbn Fəttal Nişapuri, Rövzətul-vaizin, c.1, səh.243 Təbərsi isə onun həmin ilin rəcəb ayının 15-də dünyaya gəldiyini qeyd etmişdir. MəsudiMəsudi, İsbatul-vəsiyyə, səh. 216 , İrbiliŞeyx İrbili, Kəşful-ğummə, c.2, səh.546, Nurlar nəşriyyatı, Bakı 2021, İbn XəşşabŞeyx İrbili, Kəşful-ğummə, c.2, səh.573, Nurlar nəşriyyatı, Bakı 2021, İbn Şəhraşubİbn Şəhr Aşub, Mənaqibu Ali-Əbitalib, c. 4, səh.379 , İbn Fəttalİbn Fəttal Nişapuri, Rövzətul-vaizin, c.1, səh.243 isə onun doğum tarixini Ramazan ayının 19-u olaraq qeyd etmişlər. Anasının adı Səbikədir. Səbikə Məhəmmədin həyat yoldaşı olan Mariya Qibtiyyənin nəslindəndir.Kuleyni, Usuli-kafi, c.1, səh.315, 492
Oğlan övladlarından biri Əli (Hadi) və digəri isə Musadır, qız övladları isə Fatimə və Ümamə olmuşdur.
Hicri 220-ci ildə 25 yaşında dünyadan köçmüşdür.Şeyx Kuleyni, Usuli-kafi, c.1, səh.492 Bağdadın Qureyş məzarlığında babası Kazımın yanında dəfn edilmişdir.
Müasiri olmuş Xəlifələr Onun dini liderlik dövrü 2 Abbasi xəlifəsinin-Məmunun (h.193-218) və Mötəsimin (h.218-227) hakimiyyəti dövrünə təsadüf edir. Hər iki Abbasi xəlifəsi Məhəmməd Cavadı məcburi şəkildə nəzarət altında saxlamaq üçün Mədinədən Bağdada gətirmişdi.
Vəfatı Hicri 218-ci ildə Məmun vəfat edir və onun qardaşı mötəsim xəlifə olur. Bağdad qazısı İbn Əbu Duadın Mötəsimi Məhəmməd Cavada qarşı tədbir görməyə sövq etməsi ilə Məhəmməd Cavadı öldürmək fikrində düşür və Cavadı vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyir.Əyyaşi, Təfsir kitabı, c.1, səh.320
İstinadlar
Xarici keçidlər İmam Muhammed Cevad (a.s)
Kateqoriya:İmamlar Kateqoriya:Mədinədə doğulanlar Kateqoriya:İraqda vəfat edənlər Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:IX əsr ərəbləri