Yusif Məmmədəliyev — Azərbaycan Respublikasının Şamaxı rayonunun Avaxıl kənd inzibati ərazi dairəsində qəsəbə.

Tarixi Niyaldağ silsiləsinin Alçalı Pir yaylasında yerləşir. Bəzən Pirqulu dağını Alçalı Pir yaylası ilə qarışıq salaraq qəsəbənin yerləşdiyi ərazini Pirqulu yaylası adlandırırlar. Pirqulu dağı bu qəsəbədən qərb tərəfdə yerləşir. Əhalisi 41 nəfərdir (2009), 6 təsərrüfatı var.

Yaşayış məntəqəsi Şamaxı Astrofizika Rəsədxanasının işçiləri üçün salınmış, görkəmli Azərbaycan alimi, kimyaçı, akademik Yusif Məmmədəliyevin (1905–61) şərəfınə adlandırılmışdır.“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 288N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.38

İstinadlar

Kateqoriya:Şamaxı rayonunun qəsəbələri Qəsəbə Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış yaşayış məntəqələri