Stansiya Daşarx — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Xanlıqlar kənd inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Stansiya Daşarx kəndi adlandırılmış və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilmişdir.

Toponimikası Stansiya ərazisindəki eyniadlı arxın adı ilə bağlıdır. Düzənlikdədir."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Əhalisi Əhalisi 478 nəfərdir (2009-cu il).Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İstinadlar

Kateqoriya:Şərur rayonunun kəndləri