İbadulla — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi İbadulla kəndi Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun eyniadlı inzibati ərazi dairəsində yerləşir. Arpacayın sahilində, düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə İbadulla adlı şəxs tərəfindən salındığı üçün belə adlandırılmışdır.Azərbaycan toponimlərinin ensklopedik lüğəti. II cilddə. Bakı-2007. I cild, səh.361. İbadulla sözü ərəb mənşəli söz olub tərcümədə mənası "Allahın qulları" deməkdir.

29 mart 2005-ci ildə Qışlaqabbas kəndi İbadulla kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Qışlaqabbas kənd inzibati ərazi vahidi yaradılmışdır.

Əhali Əhalisi 1437 nəfərdir.(2009 - cu il)Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629 Əsasən üzümçülük, tütünçülüklə məşğul olurlar. Arxeoloji abidələrdən aid olur ki, burada Tunc dövrünə aid  yaşayış  yeri var.

İstinadlar

Xarici keçidlər İbadulla kəndi GEOnet Names Serverdə.

Kateqoriya:Şərur rayonunun kəndləri