Tahirli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Cəngan kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Tahirli oyk., düz. Burovar silsiləsinin ətəyindədir; Yardımlı r-nunun Ərus i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Oykonim Tahir antroponimi və -li mənsub, bildirən şək.-dən ibarətdir. Yaşayış məntəqəsini Ərus kənd icmasından Tahir adlı şəxs ona məxsus binə yerində saldığına görə belə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Coğrafiyası və iqlimi Tahirli kəndinin iqlimi mülayim və qismən suptropikdir. Əsasən taxılçılıq, maldarlıq, kartofçuluq və üzümçülük inkişaf etmişdir.

Əhalisi Əhalisinin əksəriyyətini gənclər və uşaqlar təşkil edir. Burada yaşlı təbəqə kənd əhalisinin 7–9 faizini təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 370 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Tanınmış şəxsiyyətləri Nurəddin Mehdixanlı — Xalq artisti. Qabil Quliyev — Xalq artisti.

İqtisadiyyatı İqtisadiyyatı çox aşağıdır. Burada əsasən kənd təsərrüfatının ayrı-ayrı sahələri inkişaf edib və edir. Ağır sənaye və yeyinti sənayesi tam sıfır səviyyəsindədir. Kəndin yolları bərbaddır, İşıq fasilələrlə verilir, qaz isə tamamilə yoxdur.

Həmçinin bax Cəlilabad rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Cəlilabad rayonunun kəndləri