Hamarqışlaq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Hamarqışlaq kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Dağətəyi düzənlikdədir. Hamarava variantında da qeydə alınmışdır. Yaşayış məntəqəsini Burovar kəndindən çıxmış ailələr XIX əsrin ortalarında salmışlar. Oykonim hamar (düzənlik) və oba, yaxud qışlaq (maldarların müvəqqəti yaşayış yeri) komponentlərindən düzəlib, "düzənlik sahədə salınmış oba, qışlaq" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 961 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Cəlilabad rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Cəlilabad rayonunun kəndləri