Abdullu — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Astanlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Burovar silsiləsinin ətəyindədir. Keçmiş adı Molla Abdulla olmuşdur. Yaşayış məntəqəsinin XIX əsrin ortalarında keçmiş Hasıllı kəndinə məxsus pay torpağı sahəsində salınmışdır. Oykonim Qızılbaş tayfalarından şamlıların bir qolu olan abdullu tirəsinin adı ilə bağlıdır. 1933-cü ildə həmin r-nun ərazisində Abdullu oykonimi ilə yanaşı iki Abdullalı kənd adı da qeydə alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Etimologiyası Kənd adını Qızılbaş tayfası şamlının bir tirəsi "abdullu" etnonimindən almışdır.Akademik Budaq Budaqovun Şəxsi Web Portalı -Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 610 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Cəlilabad rayonu
Xarici keçid
Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəlilabad rayonunun kəndləri