Teyvaz — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənddir. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Teyvaz kəndi Milax kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Teyvaz kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Tarix və etimologiyası Kəndin ərazisində Tunc dövrünə aid arxeoloji abidə vardır.Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.236.

Bəzi tədqiqatçılar qeyd edirlər ki, Teyvaz kəndinin adı qədim türk dilindəki taipa (geniş) və az (vadi) sözlərinin birləşməsindən əmələ gəlib, "böyük suayrıcında, təpəliklər və çaylar arasındakı geniş vadidə salınmış yaşayış yeri" mənasını verir. Teyvaz kəndinin tarixi 6 cı əsrin əvvəllərinə dayanır.

Coğrafi mövqeyi Dağlıq ərazidə, dəniz səviyyəsindən 1700 m yüksəklikdə yerləşir.

Təbii ehtiyatları

Mineral suları Kənd ərazisindən xeyli sayda mineral sular çıxır. Bu suların suyu soyuq, azacıq turş, az debitlidir. Müalicə məqsədilə istifadə edilən mineral suların adı Teyvaz oykonimindən istifadə edilərək adlandırılmışdır.Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.237.

Əhalisi Əhalisi 324 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Tanınmış şəxsləri Hüseyn Həşimli Coşqun Hüseynov 1992-ci il Sədərək döyüşlərində qəhrəmancasına şəhid olub. Nihat Seyidov (d.1998 -ö.2020) - 2-ci Qarabağ döyüşlərində iştirak etmiş və Füzuli istiqamətində qəhrəmancasına şəhid olmuşdur.

İstinadlar

Kateqoriya:Culfa rayonunun kəndləri