Seytas — Azərbaycan Respublikasının Qubadlı rayonunun Göyərcik kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Toponimikası Seytas kəndi dağətəyi ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtilə Ermənistanın Aqvan və Danzaver kəndlərindən qaçıb gəlmiş ailələr Seytas adlanan köhnə kənd yerində salmışdılar. Kəndin adı 1933-cü ildə Seytaş şəklində qeydə alınmışdır. Güman etmək olar ki, kənd dağların əha¬təsində yerləşdiyi üçün sey (orta, mərkəz) və taş (daş, qaya) komponentlərindən ibarət olub, “dağların ortası” mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Həmçinin bax Qubadlı rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
Kateqoriya:Qubadlı rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri