Mişleş (əvvəlki adı: Meşleş) — Azərbaycan Respublikasının Zaqatala rayonunun Yuxarı Tala kənd inzibati ərazi dairəsində kənd. Meşleş kəndi Yuxarı Tala kəndinin şimalında, Tala çayının sol sahilində, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir.
Tarixi 27 mart 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Meşleş kəndinin adı Mişleş kəndi olaraq dəyişdirilmişdir.Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu Bakı şəhəri, 27 mart 2001-ci il, № 110-IIQ
Əhalisi 2012-ci ilə olan rəsmi məlumata əsasən əhalisi 134 nəfərdir.Zaqatala rayon İcra Hakimiyyəti : İcra hakimiyyəti – Bələdiyyələr , Yuxarı Tala bələdiyyəsi, Bələdiyyə sədri: Məhəti Ömərov
Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
İstinadlar
Kateqoriya:Zaqatala rayonunun kəndləri